Millət vəkili Q.Paşayeva qəhrəman şəhid Müşfiq Orucovla bağlı tədbirdə gənclərimiz onlardan örnək almalıdır deyib

Millət vəkili Q.Paşayeva qəhrəman şəhid Müşfiq Orucovla bağlı tədbirdə gənclərimiz onlardan örnək almalıdır deyib.  

Aprel döyüşlərində şəhid olan Müşfiq Orucovun məzarı ziyarət olunub.  Şəhidin məzarını ziyarət etmək üçün təşkil olunan mərasimə millət vəkili Qənirə Paşayeva, 317 nömrəli orta məktəbin şagirdləri, şəhidin valideynləri və başqaları qatılıblar. Millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərlə fəxr etdiyini bildirib: “Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Müşfiq Orucov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Müşfiq Orucov kimi torpaq uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Müşfiqi tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm. Azərbaycan xalqı inanır ki, Müşfiq Orucov kimi qəhrəmanlarımızın sayəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq, üçrəngli bayrağımız həmin torpaqlarda da dalğalanacaq”.  Sonda Suraxanı rayon 317 nömrəli orta məktəbin şagirdləri şeirlər səsləndirərək, şəhid Müşfiq Orucovun məzarı üstünə qərənfillər düzüblər.  Tədbirdən sonra millət vəkili Q.Paşayeva şəhidin ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.

Advertisements

24.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: