Millət vəkili Q.Paşayeva Ailə Akademiyası tədbirində boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir deyib və çağırış səsləndirib

Millət vəkili Q.Paşayeva Ailə Akademiyası tədbirində boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir deyib və çağırış səsləndirib.

Aydınlığa Doğru İB-nin ailə ənənələrinin gücləndirilməsi və bununla bağlı hazırlanmış klipin təqdimatında çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq. Millət vəkili Q.Paşayeva çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və  bundan böyük əziyyət uşaqların sayı artır deyib: “Biz ailədaxili zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” -millət vəkili Qənirə Paşayeva belə deyib. Boşanmaların sayının artmasının bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə də bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb. Belə hallar zamanı xüsusilə də uşaqlaırn böyük əziyyət çəkdiyini deyən millət vəkili Qənirə Paşayeva “boşanmaların sayının artması hər birimizi ciddi narahat etməlidir və bu halların azalması üçün dövlət qurumları, cəmiyyət olaraq səylərimizi daha da artırmalıdır”, – dedi.

Advertisements

24.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: