Millət vəkili Q.Paşayeva cinsi seleksiya ilə mübarizəyə həsr olunmuş tədbirdə cəmiyyətə çağırış edib:”Ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetirilməsinə qarşı ciddi mübarizə aparmalıyıq”

Millət vəkili Q.Paşayeva cinsi seleksiya ilə mübarizəyə həsr olunmuş tədbirdə cəmiyyətə çağırış edib:”Ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetirilməsinə qarşı ciddi mübarizə aparmalıyıq”.

Aydınlığa Doğru İB-nin ailə ənənələrinin gücləndirilməsi, cinsi seleksiyaya qarşı mübarizəyə dair tədbirində və bununla bağlı hazırlanmış klipin təqdimatında çıxış edən millət vəkili Q.Paşayeva dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verilməsi və bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini qeyd edib:” Biz qadına münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır.  Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. “Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladının ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır. Artıq məsələyə bu şəkildə yanaşmalıyıq ki, buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv  edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı zorakılığın başlanğıc nöqtəsidir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü? Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik”. Ölkəmizdə boşanmaların sayının da artmasından danışan millət vəkili Q.Paşayeva bu bizim hamımızı ciddi narahat etməlidir deyib:” Boşanmaların artmasının əziyyətini uşaqlar çəkir.  Televiziyalarda ailə ilə bağlı proqramlar olmalıdır. Ancaq indiki bəzi proqramlar  ailələrə xeyir verməkdənsə, ziyan vurur. Bu proqramlar şou vasitəsinə çevrilməməlidir. Təkcə mənfi nümunələr yox, yaxşı ailə modelləri də efirə çıxarılmalıdır, gənclərə örnək olmalıdır”.

Advertisements

20.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: