Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi böyük maraqla qarşılanıb

Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi böyük maraqla qarşılanıb.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin və Park Bulvarın dəstəyi ilə təşkil edilən və bir çox ziyalıların, tanınmış jurnalistlərin, QHT fəallarının, sənətsevərlərin iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri tamaşaçılara təqdim edilib. Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva gənc rəssam Ramil Əhmədovun  fitri istedadından bəhs edib.O qeyd edib ki, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Millət vəkili bildirdi ki, sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama   mənəvi və maddi dəstək vermiş olarlar. Park Bulvarın rəsmisi Günay Malikqızı istedadlı rəssam  Ramil Əhmədivun  əsərlərini çox bəyəndiyini, bu cür istedadlı gənclərin olmasından qürur duyduğunu və bundan sonra da hər zaman dəstək olmağa hazır olduqlarını deyib. Tədbirdə çıxış edən tanınmış jurnalistlər, ziyalılar, sənətsevərlər çıxışlarında rəssamın istedadına heyran olduqlarını vurğuladılar, gələcək fəaliyyətində uğurlar arzuladılarBeynəlxalq Şoppinq Festivalı çərçivəsində keçirilən fərdi sərgi 10 may tarixinədək davam edəcək və arzu edənlər sərgini ziyarət edə bilərlər.

 

 

 

 

Advertisements

17.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: