Millət vəkili Q.Paşayeva MM-də Səhiyyə Komitəsinin iclasında vətəndaşların sağlamlığına zərər vuranlar və onları aldadanlara qarşı cəzaların daha da sərtləşdirilməsinə çağırıb

Millət vəkili Q.Paşayeva MM-də Səhiyyə Komitəsinin iclasında vətəndaşların sağlamlığına zərər vuranlar və onları aldadanlara qarşı cəzaların daha da sərtləşdirilməsinə çağırıb.

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən millət vəkili Q.Paşayeva İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri dəstəkləyib və bildirib ki, insanların sağlamlığına zərər vuranlar ağır şəkildə cəzalandırılmalıdır, əks halda problemlər daha da dərinləşək, şikayətlər daha da artacaq. Qeyd edək ki İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə göstərilir ki, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı  həyata keçirilərsə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər. Bu istiqamətdə problemlərin əhalinin sağlamlığına vurduğu böyük zərərlərdən danışan millət vəkili Q.Paşayeva vətəndaşlarımızı qorumaq üçün mexanizmlər daha da gücləndirilməlidir deyib. Bir sıra qanunlarda bioloji aktiv əlavə və qida əlavəsi ilə bağlı dəyişiklikləri də dəstəkləyən millət vəkili qeyd edib ki, dərman şirkətləri bir sıra həkimlərlə əməkdaşlıq edirlər və bunun nəticəsində bəzən xəstəyə yazılan reseptə bioloji aktiv əlavə və qida əlavəsi dərmandan daha çox olur: “Çünki bir sıra həkimlər reseptə yazdığı bioloji aktiv əlavə və qida əlavəsinə görə həmin şirkətlərdən maddi dəstək alırlar. Xəstə isə bilmir ki, bunun hansı dərmandır, hansı bioloji aktiv əlavə və qida əlavəsi. Bəzi xəstələr isə ümumiyyətlə  bioloji aktiv əlavə və qida əlavəsindən xəbərsizdirlər və elə bilirlər ki, həkim reseptə yazıbsa, demək dərmandır və onun alınması xəstəliklə mübarizə üçün vacibdir. Dərman əlavələri isə bir çox hallarda dərmandan da baha olur. Bir çox hallarda xəstələr bu cür reseptlərlə çarəsiz qalırlar və ala bilmədiklərini deyib bir sıra qurumlara müraciət edirlər. Vətəndaşların almağa kömək etmək üçün gətirdiyi xeyli reseptdə bu vəziyyəti görmüşük. Ona görə də vətəndaşlarımızı bu şəbəkədən qorumaq üçün qanunvericiliyə edilən dəyişiklik çox önəmlidir. Həkimlər bilməlidirlər ki yazdıqları reseptə  bioloji aktiv əlavə və qida əlavəsini yazarlarsa cəzalanacaqlar. Onlar bununla bağlı xəstəyə məsləhət verə bilər, amma reseptə dərmanlar siyahısında yazmağın artıq qadağan olması və cəza tədbirləri ilə bağlı maarifləndirmə həkimlər və vətəndaşlarımız arasında daha geniş aparılmalıdır”. Millət vəkili Q.Paşayeva bioloji aktiv əlavə və qida əlavəsi satılan yerlərdə onların qutusu üzərində dərman olmadığı barədə yazının olması barədə qanunlara edilən dəyişiklikləri də alqışlayaraq buna yol verənlər ciddi cəzalanmalıdır deyib:”İnsanlarımızın aldadılmasına yol verilməməsi üçün bu dəyişikliklər, yəni buna yol verənlərin cəzalandırılması vacibdir və qanunun həyata keçirilməsinə nəzarət edən orqanlar bu istiqamətdə işləri daha da sürətləndirməlidirlər. Eyni zamanda dərmanların qiyməti, keyfiyyəti ilə bağlı məsələlərdə də cənab Prezidentin söylədiyi kimi işlər daha da sürətlənməlidir. Bir neçə gün əvvəl Türkiyədə səfərdə olduğum zaman bir nəfər yaxın bir insan zəng edərək onkoloji xəstə olan anasına həkimin yazdığı Xeloda adlı bir dərmanı almağımı xahiş etdi. Niyə Bakıdan almırsan deyəndə cavabı belə oldu ki Bakıda həmin dərmanın qiyməti 500 manata yaxındır. Türkiyədə isə 120 dollar. Bu qədər böyük fərq var qiymətlərdə. Dərmanların qiyməti ilə  bağlı özəlliklə həyati vacib dərmanların qiyməti ilə bağlı məsələlər daim diqqətdə olmalıdır. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıqların yüksək səviyyədə icrası üçün müvafiq qurumlar daha çox işlər görməlidirlər”. 

 

Advertisements

12.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: