Autizmli uşaqlar üçün tədbir keçirildi və cəmiyyətə çağırış edildi.

Autizmli uşaqlar üçün tədbir keçirildi və cəmiyyətə çağırış edildi.

“Sağlamlığın Qorunması” İB və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Beynəlxalq Autizm Günü və ayı münasibəti ilə autizmli uşaqların və ailələrinin iştirakı ilə tədbir keçirib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q. Paşayeva tədbirdə çıxış edərək bu problemlə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. O, bildirib ki,  belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik. O, “Autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi,  peşəkar kadrların hazırlanması məsələsinə də böyük önəm verməliyik”, – deyib. “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva isə maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib.  “Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir”, – deyən Yazgül Abdiyeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində  bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər  il daha da artması, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq  autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb. O, bütün cəmiyyəti bu ailələrə dəstək göstərməyə çağırdı və hər kəsi ictimai nəqliyyatda, ictimai məkanlarda bu uşaqlara daha duyarlı münasibətə səslədi.  “Autizm barədə cəmiyyət mütləq geniş şəkildə maarifləndirilməlidir” deyən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli xəstəliklə bağlı geniş məlumat verərək hər kəsi – dövlət qurumlarını, KİV və biznes qurumlarını autizm sindromlu övladı olan ailələrə daha geniş dəstək olmağa çağırıb. Millət vəkili Q.Paşayeva bildirib ki, autizmli uşaqlara müxtəlif oyunlar oynaya bilmələri, əylənə bilmələri üçün Park Bulvarla gözəl bir proqram da hazırlanıb və məqsəd uşaqları sevindirməkdir:” Bu uşaqların ailələri çox zaman ictimai yerlərdə sıxılırlar və uşaqlarının xəstəliyini doğru anlamayıb soyuq münasibət göstərərlər deyə çox zaman onları bu cür məkanlara gətirməkdə tərəddüd edirlər. Bu gün onların günüdür. İstədikləri qədər oynayıb əylənə bilərlər” – deyən millət vəkili Q.Paşayeva quruma təşəkkürünü bildirib. Park Bulvarın təmsilçisi Günay Malikqızı isə bu cür xeyirxah təşəbbüsə dəstək verməkdən məmnun olduqlarını və bu istiqamətdə addımlara hər zaman  dəstək olmağa hazır olduqlarını bildirib. Sonra aurizmli uşaqlara və ailələrinə Sağlamlığın Qorunması İB-nin hədiyyələri təqdim olunub. Tədbirdən sonra uşaqlar Park Bulvarın Əyləncə Mərkəzində gözəl bir gün keçiriblər.

Advertisements

03.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: