Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsiniin iclasında insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrindən danışıb və təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsiniin iclasında insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrindən danışıb və təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında müvafiq qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş  insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini  qısa zamanda icraya çağırıb və komitənin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyinə toxunub və Səhiyyə Komitəsi nəzdində bir qrupun yaradılması,oraya müvafiq dövlət orqanlarının rəsmilərini də dəvət edib bu istiqamətdə geniş müzakirələrin aparılaraq qanunun bu maddəsinin işləməsi üçün həlli yollarının tapılmasını təklif edib. 1999-cu ildə Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər:” Son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq,  bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur.  Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.”  Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər. Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür:  “Bununla  da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. İkincisi bəlkə o insanın  heç özünün cür və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin?  Bütün  inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanimləri dünyada olduğu kimi bizdə də olmalıdır.   Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm vəprosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsindəən vacib məsələlərdən biridir və qanunun icrasına,  ölkəmizdə bu istiqamətdəəhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.  Millət vəkili Qənirə Paşayeva çıxışında Səhiyyə Komitəsinin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyini, məsələnin öz həllini tapması istiqamtində Səhiyyə nazirliyi ilə birgə müzakirələrin, dinləmələrin keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

 

Advertisements

30.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: