Işğaldan azad edilmiş Cocuq Mərcanlıda bayram bir başqa gözəldi…

Işğaldan azad edilmiş Cocuq Mərcanlıda bayram bir başqa gözəldi…

Millət vəkili Q. Paşayeva, Türkiyədən media rəhbərləri, Təbriz və Ərdəbildən olan aydınlar 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan yeganə ailə, Oqtay Həziyevin evinə baş çəkiblər, ailəni Novruz bayramı münasubəti ilə təbrik etdilər. Ailə üzvləri ilə bayram süfrəsi arxasında söhbət zamanı millət vəkili Qənirə Paşayeva Türk dünyasının əziz bayramı olan Novruz bayramını qardaş Türkiyədən, Təbrizdən, Ərdəbildən olan aydınlarla birlikdə məhz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qeyd edilməsinin gözəl hadisə olduğunu vurğuladı. O qeyd etdi ki, Türkiyədən gələn jurnalistlərin Cocuq Mərcanlı kəndinin işğaldan azad əvvəlki vəziyyəti və yenidənqurma işləri ilə tanışlığı Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha çatdırılması ilə bərabər, dünya ictimaiyyətinə çatdırılmasına öz tövhələrini verəcək. Ailənin ağbirçəyi 80 yaşlı Minarə Həziyeva qonaqlara bildirdi ki, bu bayramı Cocuq Mərcanlıda keçirməsinə görə sevinclərinin həddi-hüdudu yoxdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd etdi ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib. Daha sonra qonaqlar Cocuq Mərcanlıda bayram adət-ənənələrinə uyğun olaraq, Novruz tonqalı qalayıblar.

 

Advertisements

27.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: