İşğaldan azad edilmiş Cocuq Mərcanlı

İşğaldan azad edilmiş Cocuq Mərcanlı

Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə…” adlı layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış qəzetəçilər cəmiyyərlərinin rəhbərləri və Türk Ocaqlarının rəsmiləri, Təbrizdən və Ərdəbildən olan yazarlar və aydınlar Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş və yenidənqurma işlərinə başlanılmış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını yerində görməklə bərabər, cənab Prezidentin sərəncamı ilə yenidənqurma işlərinə başlanılmış işğaldan azad edilmiş Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar, kənddə yaşayan tək sakin Oqtay bəyin ailəsi ilə bayram süfrəsi arxasında qonaq olublar. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl rayon icra başçısı Kamal Həsənov və millət vəkili Qənirə Paşayeva qardaş Türkiyənin media təmsilçilərinə geniş məlumatlar veriblər və biliriblər ki, Azərbaycan həqiqətlərinin dünyada daha da geniş çatdırılmasında onların səylərini daha da artıracaqlarına inanırlar. Azərbaycana ilk gəldiklərini deyən Türkiyənin tanınmış qəzetəçilər cəmiyyərlərinin rəhbərləri və Türk Ocaqlarının rəsmiləri bildiriblər ki, hər zaman Azərbaycanın yanındayıq və bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya geniş duyurulması istiqamətində səylərini daha da artıracaqlar. Cocuq Mərcanlı kəndində bayram tonqalı ətrafında toplaşan qonaqlar, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl rayon icra başçısı Kamal Həsənov və millət vəkili Qənirə Paşayeva inşallah gələn Novruz bayramını Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Novruz Bayramı ilə bağlı təbrik çıxışında dediyi kimi, Şuşada və Xankəndində keçirək deyiblər.

Advertisements

19.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: