Birinci qrup əlil gənc rəssam Ramil Əhmədovun fərdi sərgisi keçirilib

Birinci qrup  əlil gənc rəssam Ramil Əhmədovun fərdi sərgisi keçirilib

Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın, Sağlamlığın Qorunması İB-in,  Xətai Sənət mərkəzinin dəstəyi ilə təşkil edilən və bir çox ziyalıların, QHT fəallarının, sənətsevərlərin iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri tamaşaçılara təqdim edilib. Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Qənirə Paşayeva gənc rəssam Ramil Əhmədovun  fitri istedadından bəhs edib. Qeyd edib ki, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Millət vəkili bildirdi ki, sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də onu alaraq Novruz bayramı ərəfəsində rəssama   mənəvi və maddi dəstək vermiş olarlar. İlk olaraq, millət vəkili Qənirə Paşayeva Ramil Əhmədovun əsərləri içərisindən bir tablosunu bəyənərək seçdi. Antalya Qəzetəçilər Cəmiyyəti və Akdeniz Qəzetçilər Federasiyası başqanı   Mevlüt Yeni istedadlı gəncin əsərlərini çox bəyəndiyini, bu cür istedadlı gənclərin olmasından qürur duyduğunu vurğuladı. Qeyd etdi ki, onun əsərlərindən ibarət sərgi Türkiyədə də keçirilə bilər. Türk Ocaqları Antalya şöbəsinin başqanı Abdullah Uysal rəssamın istedadına heyran olduğunu vurğuladı, gələcək fəaliyyətində uğurlar arzuladı. Tədbirdə çıxış edən millət vəkili Sona Əliyeva, Ülviyyə Abdullayeva, modelyer Gülnarə Xəlilova,  Asan radionun rəhbəri Emin Musəvi, yazıçı Şəmil Sadiq, eləcə də digər ziyalılar istedadın Allah vergisi olduğunu vurğuladılar, çıxış edənlər gənc rəssamın əsərləri içərisindən bəyəndiklərini alaraq, onunla xatirə şəkli çəkdirdilər.

 

 

Advertisements

19.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: