Millət vəkili Q.Paşayeva İraq Türkman təşkilatları ilə görüşdə hər zaman yanınızdayıq deyib.

Millət vəkili Q.Paşayeva İraq Türkman təşkilatları ilə görüşdə hər zaman yanınızdayıq deyib.

İraq Türkmanlarının son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, onları evlərindən didərgin salan səbəbləri Türk dünyasının yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır deyəb millət vəkili Q.Paşayeva  İraq Türkman təşkilatları ilə görüşdə  hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq deyib. İraqda son vəziyyət, türkmanların gərgin günlər yaşaması və hazırda baş verən hadisələr, getdikcə daha da artan narahatlıqlar barədə danışan İraq Türkman təşkilatları  Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmənlərinə bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini və buna çağırdıqlarını deyiblər. Onlar  bildiriblər ki, İraq türkmanlarının həm birbaşa dəstəyə, həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var. Azərbaycanın hər zaman İraq türkmənlərinə böyük diqqət göstərdiyini deyən İraq Türkman təşkilatları  Azərbaycanla İraq türkmanları arasında humanitar istiqamətdə layihələrin də daha da artmasının önəmi barədə fikir və təkliflərini bildiriblər. Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmənləri ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmənlərinə dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. Görüş zamanı konkret layihələr ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva İraq və Suriyada türkmən qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək Avropalıları onlara daha çox dəstək göstərməyə çağırdığını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmənlərinin vəziyyətini hər zaman diqqətə çatdırmağa çalşacağını bildirib və bundan sonra da gücümüzün çatdığı qədər hər zaman yanınızdayıq deyib. Q.Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin İraq Türkmən təşkilatları ilə ortaq layihələrinin artacağını da vurğulayıb.

Advertisements

13.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: