Millət vəkili Qənirə Paşayeva ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini əmək müqaviləsi olmadan işçi çalışdıraraq işçilərin hüquqlarını pozanlara qarşı fəal mübarizəyə çağırıb

Millət vəkili Qənirə Paşayeva ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini əmək müqaviləsi olmadan işçi çalışdıraraq işçilərin hüquqlarını pozanlara qarşı fəal mübarizəyə çağırıb.

Bu gün Milli Məclisdə əmək pensiyaları haqqında qanuna edilən əlavə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva müzakirələrdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinə müraciət edərək bu gün çox vacib məsələ olan əmək müqavilələri məsələsinə diqqətin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bildirib:

“Bu gün də bir sıra şirkətlər və qurumlar əmək müqaviləsi bağlamadan insanları işə cəlb edirlər. Buna qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyində olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin mübarizəsi sərtləşməlidir.  Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan  çalışan insanların əmək müqavilələri və  buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və minlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və  qurumlara qarşı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mübarizə aparılmalı və ciddi tədbirlər görülməlidir.  Bu istiqamətdə ciddi addımlar atılmazsa, gələcəkdə yüzlərlə vətəndaşımızın ciddi narazılığı ortaya çıxacaq. Çünki əmək müqaviləsi olmadan çalışan faktiki olaraq işləyir, amma əmək müqaviləsi olmadığı üçün onun gələcəkdə pensiya alması üçün hesabına heç bir vəsait yığılmır. Bu halların qarşının alınması istiqamətində ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işləri daha sürətlənməlidir, vətəndaşın hüquqlarını daha yaxşı qorumalıdır, əmək müqaviləsi olmadan işçi çalışdıran qurumlara, şirkətlərə qarşı sərt tədbirlər görülməlidir və eyni zamanda əhalinin bu istiqamətdə maarifləndirilmə məsələsini də daha da genişləndirməliyik.” Millət vəkili Qənirə Paşayeva bildirib ki, əmək müqaviləsi olmadan işçi çalışdırılması eyni zamanda DSMF-na daxil olan gəlirlərə də özünün mənfi təsirini  göstərir və əmək müqaviləsi olmadan işçilərin çalışdırılması ilə mübarizədə hamımız səylərimizi artırmalıyıq.

Milli Məclisin sədri Oqtay Əsədov bu fikirləri dəstəkləyərək iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinə əmək müqavilələri ilə bağlı məsələlərə Dövlət Əmək Müfəttişliyi Xidmətinin daha böyük diqqət yetirməsi  və bu istiqamətdə işlərin sürətlənməsinin vacibliyi ilə bağlı fikirlərini söyləyib.

 

Advertisements

10.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: