Sağlamlığın Qorunması İB ilk təqdimatını şəhid anaları, xanımları və qızları ilə birlikdə keçirib.

Sağlamlığın Qorunması İB ilk təqdimatını şəhid anaları, xanımları və qızları ilə birlikdə keçirib.

Sağlamlığın Qorunması İB 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları üçün tədbir keçirib. R. Behbudov adına Mahnı Teatrında ilk tədbirlərini şəhid ailələri ilə birlikdə keçirən Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva bütün qadınları 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Müstəqil Azərbaycanımızda qadınların cəmiyyətdəki yeri və rolu barədə danışan Y.Abdiyeva bildirib ki Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət xadimi, xalqın inanıb səs verdiyi millət vəkilidir: ” Bu, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadına cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin  yürütdüyü siyasətdə qadınlar həmişə dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən biri olub. Prezident İlham Əliyev öz çıxışlarında dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərdən danışıraq həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolunun olduğunu vurğulayır. Düşünürəm ki Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban  xanım Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi də  yuxarıda deyilənlərin ən  ali göstəricisi hesab oluna bilər”. “Qadınları qoruyaq” devizi aldıtnda  aksiyaya strat verdiklərini deyən Y. Abdiyeva məsədimiz Azərbaycan qadınına dəstək olmaq, onun arzularının gerçəkləşməsinə yardım etməkdir deyib: ”Sözsüz ki, sağlam qadın sağlam cəmiyyət, sağlam düşüncə deməkdir.  “Sağlamlığın qorunması” adlı yaratdığımız   yeni təşkilat çərçivəsində  qadınların sağlamlığı ilə  bağlı layihələr həyata keçirmək niyyətindəyik.  “Sağlam düşüncə,  sağlam həyat” devizini əsas götürərək biz də bu yola başladıq”.Tədbirdə çıxış edən millət vəkili, Sağlamlığın Qorunması İB-nin fəxri sədri Q.Paşayeva şəhid anaları, xanımları, qızları başda olmaqla bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, bildirib ki Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına inanır.  Q. Paşayeva “o gün uzaqda deyil. İnşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edəcəyimizə inandığını bildirib.   Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini S. Qəhrəmanova, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri R.Əsgərova, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva, şəhid anaları, Xocalı sakini, “Səkkiz gün erməni zindanında” kitabının yazarı Dürdanə Ağayeva, akademik Adilə Namazova, Z. Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin direktor müavini Hicran Namazova, YAP Nərimanov Qadinlar Şurasının sədri Məhəbbət İbrahimova və bir sıra ziyalılar çıxış edərək əhalinin tibbi maariflənməsinin vacibliyindən danışıblar və bu istiqamətdə təşkilatın önəmli çalışmalara imza atacağına inandıqlarını bildiriblər.  Azərbaycanın Əməkdar Artistləri Aybəniz Haşımova, Nuriyyə Hüseynova, tanınmış sənətçi Flora Kərimova, Sevinc Tofiqqızı, Aslan  Hüseynov, Əkbər Əliyev və bir çox sənətçilərin ifaları tədbirdə böyük maraqla qarşılanıb.

Advertisements

09.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: