Millət vəkili Q.Paşayeva Pakistanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb.

Millət vəkili Q.Paşayeva Pakistanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb.

Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva  Pakistanın bir sıra tanınmış təşkilat rəhbərləri, Pakistan Kənd İşçilərinin Sosial Rifahı Təşkilatının rəhbərləri M.Rafeeq Malik, Sabir Farhat, Pakistanın Həmkarlar İttifaqları Federasiyasının Baş katibi Pirzada İmtiaz Syed, Pakistanın İşçi Federasiyasının Baş Katibi Abdul Sattar, Pakistanın İşçilər Federasıyasının prezidenti Razam Khan, Al-Fatah İnkişaf təşkilatının prezidenti Jamshaid Karim Khan, Emal sənayesi işçiləri birliyinin rəhbəri Hameed Khan Jadoon, Kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqının baş katibi Sufian Suliman Mohammed və bir sıra digər təşkilat və KİV rəbərləri ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb. Görüş zamanı Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də deputatlıq fəaliyyəti dövründə dəfələrlə bu ölkəyə səfər edib, görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub, Pakistanla bağlı kitab yazıb: “Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistanın tanınmış təşkilatlarının rəhbərləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də  geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva   Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistanın tanınmış təşkilat rəhbərləri   münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və  Azərbaycana səfər etmək  niyyətində olduqlarını, bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyiblər.  Sizi Azərbaycanda görməkdən məmnun olacağıq”- deyən millət vəkili Qənirə Paşayeva onlara Pakistanda çapdan çıxşmış həmmüəllifi olduğu “Xocalı Soyqırımı şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomlarını da Pakistan heyətinə hədiyyə olunub. Millət vəkili Q.Paşayeva  Pakistanı Azərbaycanda, Azərbaycanı da Pakistanda daha da geniş tanıdan layihələrin böyük önəm daşıdığını deyib və onların daha da artmasının vacibliyindən danışıb.

Advertisements

09.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: