Millət vəkili Q. Paşayeva Beynəlxalq Demokratiya Konqresində Xocalıya ədalət çağırışı səsləndirib

Millət vəkili Q. Paşayeva Beynəlxalq  Demokratiya  Konqresində  Xocalıya ədalət çağırışı səsləndirib.

????????????????????????????????????Dünyanın bütün qitələrindən, onlarla ölkədən siyasətçilərin, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin iştirak etdiyi, açılışında Türkiyənin Baş naziri Binəli Yıldırım, Fransa Xristian İşçiləri Birliyinin Baş katibi Pyer Jan Coulonun, Öz Orman-İş Baş direktoru Səttar Aslanın çıxış etdiyi və Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Demokratiya Konqresində çıxış edən millət vəkili  Q.Paşayeva  “qardaş Türkiyədə terrorla mübarizədə şəhid olan qardaş-bacılarımıza rəhmət diləyirik və Azərbaycan olaraq hər zaman terrörla mübarizədə  Türkiyənin yanındayıq” deyib.  Bosniya müsəlmanlarının lideri Aliye İzzetbeqoviçin  “hər şey bitdiyində bizi ən çox düşmənlərimizin sözləri deyil, dostlarımızın susqunluğu yaralayacaq” fikirlərini səsləndirən millət vəkili Q.Paşayeva “bu mənada  Türkiyəni ən çox biz anlayırıq deyib. Çünki işğalçı Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törədəndə, erməni terror təşkilatları  Azərbaycanın müxtəlif bölgələrində sivil insanlarımıza qarşı dəhşətli terror hadisələri həyata keçirəndə bizi o dəhşətli cinayətlər qədər də dünyanın, özəlliklə demokratiyadan, insan haqlarından, soyqırımların qəbuledilməz olduğundan danışan ölkələrin, demokratik dəyərlərə önəm verdiklərini iddia edən dövlətlərin susqunluğu üzdü, narahat etdi.  Türkiyə, Pakistan və bəzi dost ölkələr istisna olmaqla biz onların etiraz səslərini duymadıq, soyqırım törədənlərə qarşı addımlarını görmədik, bu dəhşətli cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün bu gün də bir çoxlarının ciddi dəstəklərini görmürük.  Türkiyənin də terrorla mübarizəsinə gərəkən dəstəyi vermirlər və təəssüf ki,  ikili standartlar hələ də davam edir”- deyən millət vəkili Q.Paşayeva dünyanın bütün qitələrindən, onlarla ölkədən gəlmiş  siyasətçilərə, millət vəkillərinə, QHT və KİV rəhbərlərinə səslənərək  onları ədalətin yanında olmağa, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, Azərbaycan xalqına qarşı soyqırım və terrorlar törədən işğalçı Ermənistanda yaşayan  cinayətkarların ədalət qarşısında cavab verməsi və Türkiyənin terrorla mübarizəsində Azərbaycana və Türkiyəyə dəstək verməyə çağırıb. “Bu, ədalətə dəstək vermək olacaq”- deyən millət vəkili Q. Paşayeva Azərbaycanın hər zaman terrörla mübarizədə Türkiyənin yanında olduğunu deyib. Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq toplantı zamanı Türkiyə əleyhinə çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana verdiyi sərt cavabı, “Türkiyə burda yoxdursa, biz varıq və Türkiyə əleyhinə yalanlara imkan vermərik” sözlərini xatırladan millət vəkili Q.Paşayeva “əsl qardaşlıq və dostluq bu cür olmalıdır” deyib. Türkiyə prezidentinin Azərbaycana səfərinin qardaş ölkədə səfər öncəsi baş verən terror hadisələri üzündən iki dəfə təxirə salınması  zamanı Azərbaycan prezidenti İlham Əliyevin “Türkiyə gələ bilmirsə, biz gedərik” deyərək Ankaraya səfər etməsi və “Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan hər zaman işğalın, soyqırımların, terrorun əleyhinə olan bir ölkə  kimi harada baş verməsindən asılı olmayaraq işğalların, terrorun, soyqırımın əleyhinə öz səsini ucadan səsləndirir,  Azərbaycanın və Türkiyənin bu tədbirdə iştirak edən ölkə rəsmilərindən, təmsilçilərindən istəyi ondan ibarətdir ki, siz də Azərbaycan və Türkiyəyə qarşı törədilən  işğalların, terror aktlarının , soyqırımın əleyhinə öz etiraz səsinizi daha da yüksəldəsiniz.  Aliye İzzetbeqoviçin “savaşdan öncə dostlarımız və düşmənlərimiz var idi. İndi savaşdayıq. Düşmənlərimiz buradadır, bəs dostlarımız haradadır?” sözlərini  xatırladan millət vəkili Q.Paşayeva “biz ədalətin yanında olan bütün dostlarımızın ” biz buradayıq” səslərini duymaq istəyirik” deyib.  Millət vəkili Q. Paşayeva tədbir çərçivəsində bir sıra ölkələrin rəsmi nümayəndələri ilə ikitərəfli görüşlər də keçirib və onlara Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri ilə yanaşı ölkəmizlə də bağlı geniş məlumatlar verib, materiallar hədiyyə edib və ölkəmizə dəvət edib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

Advertisements

06.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: