Millət vəkili Q.Paşayevanın Alanyada Qarabağ parkı və Xocalı abidəsinin açılması təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib

Millət vəkili Q.Paşayevanın Alanyada Qarabağ parkı və Xocalı abidəsinin açılması təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

16830521_10155055694876764_1934487003_n“Dağlıq Qarabağ problemi, Türk dünyasının ortaq sorunları” mövzusunda konfrans vermək üçün Alanyaya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Alanya bələdiyyə başqanı Adem Murat Yücel ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Alanyada Azərbaycan küçəsi və Qarabağ Parkı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı qaldırdığınız təkliflər gerçəkləşəcək, çünki Mustafa Kamal Atatürkün söylədiyi kimi Azərbaycanın sevinci bizim də sevincimiz, kədəri bizim də kədərimizdir deyib. Görüş zamanı Azərbaycana böyük sevgisi və təkliflərini müsbət qarşıladığı üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Alanya bələdiyyəbaşqanı Adem Murat Yücellə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Alanyanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Alanya bələdiyyə başqanı Adem Murat Yücel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Millət vəkili Qənirə Paşayeva Alanya bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. O, həmçinin bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan QənirəPaşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq hissəsələrində qədim Alanyanın da yer alacağını bildirib: “Azərbaycan insanına Alanyanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Alanya bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Alanya bələdiyyə başqanı Adem Murat Yücel Azərbaycana mütləq səfər edəcəyini bildirib.

16830183_10155055695161764_1247182542_n 16830498_10155055695056764_1824909266_n 16900161_10155055695286764_1589076462_n 16901852_10155055695036764_1410955965_n

Advertisements

04.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: