Millət vəkili Qənirə Paşayeva Türkiyədə Antalya Qəzəteçilər Cəmiyyəti ilə görüşdə ön cəbhədə baş verənlərdən danışıb və təşkilatı Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Antalya Qəzəteçilər Cəmiyyəti ilə görüşdə ön cəbhədə baş verənlərdən danışıb və təşkilatı Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb.

img_5684Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Antalya Qəzetiçilər Cəmiyyətini ziyarət edib, jurnalistlərin siallarını cavablandırıb və ön cəbhədə baş verən son hadisələrdən, işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verərkən qəhrəmanlıqla şəhid olan insanlarımızdan danışıb. İşğalçı Ermənistanın daim ön cəbhədə törətdiyi təsribatar barədə geniş danışan millət vəkilləri gerçəklərin dünyaya duyurulmasında qardaş ölkələrin KİV-lərinin də üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyən millət vəkili bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib.  AGC Başkanı Mevlüt Yeni  rəhbərlik etdiyi qurumun  bir çox ölkələrin media qurumları ilə əlaqələr qurduğunu və Azərbaycanın da müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib. Antalya Qəzetiçilər Cəmiyyətinin Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva Ermənistanın 25 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib.  Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq  hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili  20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında,  20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib və hər iki qardaş ölkənin media qurumlarının üzərinə böyük vəzifə düşdüyünü deyərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva AGC Başkanı Mevlüt Yenini  və təşkilat üzvlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını Qəzeteçilər Cəmiyyyəti üzvlərinə, görüşdə iştirak edən jurnalistlərə imzalı  hədiyyə edib.

img_5675 img_5644 img_5659 img_5661 img_5664 img_5672 img_5676 img_5681 img_5638

Advertisements

03.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: