Millət vəkili Qənirə Paşayeva Antalya Türk Ocaqlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Qənirə Paşayeva Antalya Türk Ocaqlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

16830591_10155051703151764_1959403532_nMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Antalya Türk Ocaqlarını ziyarət edib, rəhbərliyi və üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb və “Dağlıq Qarabağ, Türk dünyasının ortaq problemləri və həlli yolları” mövzusunda konfrans verib. Antalya Türk Ocakları rəhbərliyi və üzvləri ilə görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Antalya Türk Ocaqları rəhbəri Prof. Dr. Mehmet Öz bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətini daha da aktivləşəcəyini deyib. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Antalya Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Antalya Türk Ocaqlarına hədiyyə edib. Dəvəti məmnuniyyətlə qəbul edən Antalya Türk Ocakları rəhbəri Prof. Dr. Mehmet Öz də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib. Millət vəkili Antalya Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hediyye edib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə Türk Ocaqlarının rolunun vacibliyini xüsusi vurğulayıb.
Millət vəkili Q.Paşayeva Antalya Türk Ocakları rəhbərliyi ilə görüşdən sonra Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərə “Dağlıq Qarabağ, Türk dünyasının ortaq problemləri və həlli yolları” mövzusunda konfrans da verib və onları erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb.
QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib. Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq deyib. Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb. Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q.Paşayevanın çağırışına cavab olaraq tədbirin təşkilatçısı Antalya Türk Ocakları başqanı Prof. Dr. Mehmet Öz çıxış edərək Antalya Türk Ocaklarının bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacağını deyib. Millət vəkili Q.Paşayevaya Türk Dünyası qarşısında xidmətlərindən dolayı Antalya Türk Ocakları adından plaket təqdim ediblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

16641002_1533841606645780_6871750461862780191_n 16649012_1533847246645216_5070394666826850018_n 16730460_1533844953312112_1614408102946889315_n

Advertisements

03.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: