Antalyada “Karabağ hikayeleri”i təqdimat və imzalanması böyük maraqla qarşılanıb

Antalyada  “Karabağ hikayeleri”i  təqdimat və imzalanması böyük maraqla qarşılanıb

16809333_10155051323161764_1228918503_nTürkiyənin Antalya vilayətində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Karabağ hikayeleri”inin  təqdimat və imzalanma mərasimində iştirak edən valilik,  bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.  Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva  “Karabağ hikayeleri”i  kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər.  Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışaran millət vəkili Q. Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi dünyanın hər yerində yaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş yaymalı,  işğalçıların layiq olduğu cavabı alması üçün daha çox  çalışmalıdırlar deyib.  Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü insanları hədəfə almaları, qətlə yeitrmələri, yaralamaları, evlərini dağıtmaları barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xas addımlardır amma Azərbaycan və ordumuz artıq 20 il əvvəlki Azərbaycan və ordu deyil işğalçılar layiq olduqları cavabı alacaqlar deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva  tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb. Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə  dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

16836178_1533838913312716_4663966764996281007_o 16838071_10155051323236764_809635716_n 16830816_1533839573312650_5112191546672018322_n 16787959_10155051323376764_199638929_n 16808599_10155051323306764_1367280612_n 16797136_1533839413312666_1181372193373586751_o 16806710_1533840289979245_1004722785177921352_n 16807626_1533840476645893_2424464110278532691_n 16830182_10155051323406764_1795492651_n 16808599_10155051323306764_1367280612_n 16831168_1533848946645046_3043697162876731020_n 16832228_1533842499979024_4187241675591594872_n 16864255_1533839009979373_253838225660323409_n 16832117_1533839553312652_44287864576301848_n 16808645_10155051323346764_1018900487_n

Advertisements

03.03.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: