Xocalı soyqırımına abidə qoyan Karabağlar bələdiyyəsi Azərbaycan bələdiyyələri ilə qardaşlaşacaq

Xocalı soyqırımına abidə qoyan Karabağlar bələdiyyəsi Azərbaycan bələdiyyələri ilə qardaşlaşacaq.

16996746_1833871193492443_2055254246_nAzərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev, Baş Konsul Məsim Hacıyev,  millət vəkilləri Q. Paşayeva və Aydın Hüseynov İzmirdə Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu ziyarət edib,  Xocalı soyqırımına abidəsinin açılışına görə ona və İzmirdə fəaliyyət göstərən Azərbaycan və Dost Fedarasyonlar başkanı İsa Ambarcıya təşəkkürlərini bildiriblər.  İzmirdə fəaliyyət göstərən bir sıra dərnək və cəmiyyətlərin başkanları İsa Ambarcı, Mülazzım Paşa, Gürsel Toksöz, Asif Kurban, İzmirdə yaşayan azərbaycanlılar, jurnalistlərin,  İSTAD başqanı Səfər Karakoyunlu, Xocalıdan olan Aqil Məmmədovun qatıldığı görüş zamanı  ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verilib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopla görüş zamanı Azərbaycan heyəti Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıblar.  Millət vəkilləri  Q.Paşayeva və Aydın Hüseynov  görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Qarabağlar bələdiyyəsinin də  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.  O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Bələdiyyə başqanına   Türkiyə  türkcəsində “Karabağ hikayeleri” kitabı hədiyyə edilib. Qarabağlar bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən Azərbaycan nümayəndə heyəti bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini  deyən Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu Azərbaycana mütləq səfər edəcəyini bildirib.

17035290_1833871376825758_198971315_n 17035529_1833871416825754_1172172814_n 16997582_1833871140159115_1055735730_n 16997334_1833871166825779_42648310_n

Advertisements

28.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: