Millət vəkilləri Türkiyədə QHT, KİV və Türk dünyası aydınları ilə görüşdə cəbhədə baş verən son hadisələr barədə danışıblar və işğalçılara qarşı birliyimizi daha da gücləndirməliyik deyiblər.

Millət vəkilləri Türkiyədə QHT, KİV və Türk  dünyası aydınları ilə görüşdə cəbhədə baş verən son hadisələr barədə danışıblar və işğalçılara qarşı birliyimizi daha da gücləndirməliyik deyiblər.

17015222_10210482991942621_1097570884_oİzmirdə Azərbaycan Kardeşlik ve İşbirliyi Derneyinin təşkilatçılığı ilə millət vəkilləri Q. Paşayeva və Aydın Hüseynovun QHT, KİV və Türk  dünyası aydınları ilə görüşü keçirilib. Tədbirin təşkilatçısıAzerbaycan Kardeşlik ve İşbirliyi Derneyinin rəhbəri Asif Qurban bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında QHT, KİV və qardaş dövlət və xalqları təmsil edən təşkilatların dəstəyinin artması çox vacibdir. Şəhidlərimizi rəhmət və ssevgi ilə anırıq deyə sözə başlayan millət vəkilləri Q.Paşayeva və Aydın Hüseynov cəbhədə baş verən son hadisələrdən, işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verərkən qəhrəmanlıqla şəhid olan insanlarımızdan danışıblar. İşğalçı Ermənistanın daim ön cəbhədə törətdiyi təsribatar barədə geniş danışan millət vəkilləri gerçəklərin dünyaya duyurulmasında qardaş ölkələrin QHT, KİV və diaspor təşkilatlarınını da üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıblar. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyən millət vəkilləri bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyiblər. İzmirdə yaxın zamanlarda Xocalı soyqırımı ilə bağlı  3-cü abidənin də Qaziemirdə açılacağını deyən millət vəkilləri bu işdə əməyi olanların hamısına təşəkkür edərək bu cür addımların önəmindən danışıblar.  Millət vəkilləri biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyiblər. Millət vəkiləri 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq,  dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyiblər. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkiləri güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyiblər:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.  Bu məsələdə QHT və KİV-lərin üzərinə düşən vəzifələrdən danışan millət vəkilləri onarı və görüşdə iştirak edən bütün qardaş dövlət və toplumların  təşkilatlarını Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycana daha çox dəstək verməyə çağırıblar:”İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırırıq. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitiriblər. Tədbirin sonunda millət vəkilli Q.Paşayeva hər bir tədbir iştirakçısına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalayaraq hədiyyə edib. Millət vəkilləri tədbir iştirakçılarını maraqlandıran sualları da cavablandırıblar.

17093227_10210482964341931_1219756773_o 17092244_10210482999822818_1059301171_n 17091402_10210482966061974_55837067_o 16990660_10210482992862644_1720272535_o 17016582_10210482961821868_149317309_o 17016622_10210482974662189_1595319998_o 17091327_10210482993302655_1965454478_o 17016140_10210482992662639_610472988_o 17092897_10210482993782667_1197660354_o 17015137_10210482986902495_1355294523_o 17077998_10210482983422408_2105854543_n 17091102_10210482987622513_642518730_o 17078676_10210482981582362_1479171091_n 17016411_10210482994862694_1341857453_o

Advertisements

28.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: