Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini ilə görüşündə isə Burdurla Azərbaycan bölgələrinin qardaşlaşması təklifi yüksək səviyyədə dəstəklənib

Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini  ilə görüşündə isə  Burdurla Azərbaycan bölgələrinin qardaşlaşması təklifi yüksək səviyyədə dəstəklənib.

img_0444Millət vəkili Q.Paşayevanın Burdur valisinin müavini  ilə görüşündə bu bölgədə Azərbaycanla bağlı  və Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib. Türkiyənin Burdur bölgəsində  Xocalı soyqırımı ilə bağlı konfrans verən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  sədri Q.Paşayeva Burdur valisinin müavini Mehmet Yıldızla görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib.Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali  müavini   Mehmet Yıldız  azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali müavini  ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə  bildirib. Millət vəkili Burdur  vali müavininə  həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə  Burdur arasında əlaqələrin güclənməsinin də  çox mühüm olduğunu dilə gətirib. Millət vəkili Q.Paşayeva görüşdə Burdurda  təhsil alan azərbaycanlı tələbələr barədə də vali müavininə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Vali müavini Mehmet Yıldız   millət vəkili Q.Paşayevanın  Burdurda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb.  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynova da vali ilə görüş zaman iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi barədə fikirlərini söyləyiblər və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva burdurda həmçinin fəal gənclər və qadın təşkilatları ilə də görüşüb, yerli KİV-lərə geniş müsahibələr verib və suallarını cavablandırıb.

img_0506 img_0527 img_0567 img_0571 img_0597 img_0482

 

Advertisements

23.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: