Millət vəkili Q.Paşayeva “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində qadınlarla görüşüb

Millət vəkili Q.Paşayeva Qadınlar tədbirində bütün fəal qadınları və qadın təşkilatlarını həftədə ən azı bir dəfə şəhid, müharibə əlili,veteranı, köçkün və kasıb ailələrə baş çəkməyə qayğı və problemləri ilə maraqlanmağa çağırıb.

img_7612Millət vəkili Q.Paşayeva Loqos Psixoloji Və Nitq Inkişaf Mərkəzinin “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində qadınlarla görüşüb, geniş məruzə ilə çıxış edib və qadınlarla fikir mübadiləsi aparıb.  İlk öncə Mərkəzin rəhbəri Təranə Məmmədova layihə, onun vacibliyi ilə bağlı geniş məlumat verib və bu cür müzakirələrin faydalı olacağına inandığını deyib. Ölkəmizin müxtəlif bölgələrindən çoxlu sayda qadınların qatıldığı tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyib. “Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət Təşkilatları, Mətbuat və Media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik, “-millət vəkili Qənirə Paşayeva belə deyib. “Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə… Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”, – deyə millət vəkili Qənirə Paşayeva qeyd edib. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova , tanınmış ziyalı Zemfira Məhərrəmli, Arəstə Paşayeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbas, tanınmış sənətçi Aybəniz Haşımova, müxtəlif bölgələrdən gəlmiş xanımlar, işğalçı Ermənistanın torpaqlarımızı işğalı zamanı həyat yoldaşları itkin düşmüş bir sıra məcburi köçkün qadınlarımız, şəhid ailələri çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər və geniş müzakirələr aparılib. Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb.Millət vəkili Q.Paşayeva tədbirdə təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir şəhid, müharizə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış  analara baş çəkməyə, qayğı və problemləri ilə maraqlanmağa çağırıb. Millət vəkilinin təklifi qadınlar tərəfindən tam dəstəklənib və bildirblər ki, artıq bu həftədən başlayaraq bu məsələyə həssaslığı daha da artıracaqlar. Artan intiharların böyük narahatlıq və üzüntü yaratdığını deyən millət vəkili Q. Paşayeva onların daha da artmaması üçün cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb və qadınları cəmiyyətdə baş verən hadisələrə həssaslığı daha da artırmağa çağırıb.  Tədbirin sonunda millət vəkili Q. Paşayeva hər bir qadına müəllifi olduğu və yeni çapdan çıxan “Səni Allaha Eşq götürür” kitabını hədiyyə edib.

img_7550 img_7582 img_7624 img_7868 img_7871 img_7883 img_7885 img_7898 img_7548

Advertisements

10.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: