Millət vəkili Q. Paşayeva Tovuzda keçirilən tədbirdə rayon təşkilatları rəhbərlərinə müraciət edərək biz hamımız xalqın xidmətçiləriyik,problemlərin həllində səylərimizi daha da artırmalıyıq deyib.

Millət vəkili Q. Paşayeva Tovuzda keçirilən tədbirdə  rayon təşkilatları rəhbərlərinə müraciət edərək biz hamımız xalqın xidmətçiləriyik,problemlərin həllində səylərimizi daha da artırmalıyıq deyib.  

dsc_0139Tovuz rayonunda 2016-ci ilin yekunlarına həsr olunmuş, rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirdə rayon icra hakimiyyətinin başçısı T.Zeynalov, Prezident Administrasiyasının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva iştirak ediblər. Tovuz rayonu icra hakimiyyətinin başçısı T.Zeynalov 2015-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış edib. Prezident Administrasiyasının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkili Ü.Ağayeva  Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar və ölkəmizin inkişafı istiqamətində dövlət başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı geniş məlumat verib. Millət vəkili Q.Paşayeva çıxışına Prezident İlham Əliyevin son müşavirələrində səsləndirdiyi xalqın maraq və mənafeləri hər şeydən üstündür düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət  göstərməyə,onların həlli istqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb. Rayonlarda, o cümlədən Tovuzda da  insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır deyən millət vəkili Q. Paşayeva deyib ki, imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir iş yeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, nazirliklərin rayonlardakı qurumları ciddi şəkildə dəstək olmalıdır:” Bu istqamətdə süni əngəllərə yol verilməməlidir.  Dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, iş yerləri artsın. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır. Çünki bu, cənab Prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir”. Millət vəkili Q.Paşayeva  rayon məşğulluq idarəsinə müraciət edərək bildirib ki, yeni iş yerləri imkanları, vakansiyalarının dəyərləndirilməsi zamanı ailədə heç bir işləyən yoxdursa və ya ailə başçısını itirmiş və uşaqları ilə qalmış analar varsa, ilk öncə onlara üstünlük verilməsinə xüsusi diqqət göstərmək vacibdir.  Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda maarifləndirmə işlərinin daha da artırılmasının vacib olduğunu deyib.  Adamların bir çoxunun heç xəbəri də yoxdur ki, Hepatit C-yə  hardan yoluxa bilər deyən millət vəkili Q. Paşayeva Hepatitlər də daxil olmaqla bir sıra xəstəliklərin artmaması üçün rayon səhiyyə qurumlarını sakinlərin tibbi maarifləndirilməsi məsələsində daha fəal olmağa çağırıb. O bildirib ki, rayonda Hepatit C-nin və bir sıra xəstəliklərin yayılmasına mənbə ola bilən stomatoloji kabinetlər, qadın və kişi salonlarında sanitar vəziyyətə ciddi nəzarət olmalıdır. Millət vəkili Q.Paşayeva dərmanlarla bağlı, xəstələrə dərman yazılması ilə bağlı ortaya çıxan problemlərdən də danışıb və bu istiqamətdə problemlərin aradan qaldırılması üçün rayon səhiyyə şöbəsinin səylərini daha da artırmasının vacibliyini xüsusi vurğulayıb. Ünvanlı sosial yardım sahəsində ortaya çıxan problemlərə daha geniş yer ayıran millət vəkili Q.Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rayon şöbəsi rəhbərliyinə müraciət edərək bildirib ki, kəndlərdə elə insanlar var onlar internetdən necə istifadə edilir bilmir və sənədləri doğru doldura bilmədiklərindən ünvanlı sosial yardım ala bilmirlər ki, bu da narazılığa səbəb olur. Ona görə də kəndlərdə bu istiqamətdə insanları daha çox maarifləndirməyə və onlara dəstək olmağa çalışmaq lazımdır çox kasıb insanlar internetdən istifadə edə bilmədiyinə, sənədləri doğru göndərə bilmədiyinə görə ünvanlı sosial yardım almaqdan məhrum olmasın. Çünki bu onların vəziyyətini daha da ağırlaşdırır. Əlilliyin verilməsi sahəsində ortaya çıxan bəzi məsələlərə də xüsusi toxunan millət vəkili Q.Paşayeva rayonda bu sahəyə cavabdeh qurumları insanlara daha həssas yanaşmağa çağırıb. Rayon elektrik və qaz idarələri rəhbərlərini də əhalidən gələn şikayət və problemlərə daha həssas yanaşmağa çağıran millət vəkili Q. Paşayeva məhkəmə qərarlarının icrası sahəsində özəlliklə ayrılan ailələrdə köprə uşaqları ilə anaların aylarla aliment ala bilməməsi, qərarların icrasındakı problemlərə də toxunaraq bu istiqamətdə problemlərin tezliklə həllini tapması lazımdır deyib.  Millət vəkili Q.Paşayeva təhsil qurumlarına üz tutaraq təhsilin keyfiyyətinə daha da ciddi diqqət yetirməyə çağırıb. O, bildirib ki, gənclər arasında siqaretdən, alkoqoldan, narkotikdan istifadə edənlərin, qumar oyunlarına qurşananların sayının atması bizi ciddi narahat etməlidir və məktəblərdən başlayaraq bütün rayonda gənclərlə məşğul olan dövlət və qeyri-dövlət qurumları ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri daha da artırılmalıdır. O cümlədən gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı məsələlər. Gənclərin sağlamlığı bizim üçün ən vacib məsələlərdən biridir deyən millət vəkili Q. Paşayeva gənclərin zərərli vərdişlərdən uşaq durması üçün qumar oyunları ilə məşğul olan mərkəzlər, əxlaqsızlıq yuvaları ilə mübarizə daha da sərtləşməlidir deyib. Millət vəkili Q. Paşayeva kənd icra münayəndələri və bələdiyyələri də əhalinin ortaya çıxan məsələlərinin həllində daha fəal olmağa, laqeyidliyə yol verməməyə çağırıb. Millət vəkili Q. Paşayeva keçirilən  geniş müzakirələrin müsbət nəticələri olacağına inandığını deyib: “Bu rayonu təmsil edən millət vəkillərindən biri kimi hər zaman ortaya çıxan məsələlərin həllində hər dəstəyi göstərməyə hazır olduq və bundan sonra da belə olacaq. Çünki cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, məmurlar xalqın xidmətçiləriyik və ona yaxşı xidmət göstərmək üçün daha çox çalışmalı və həssas olmalıyıq. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır. Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də inanıram ki, bundan sonra işlərimizi daha da sürətləndirəcəyik və cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə  daha böyük səylə birlikdə çalışacağıq”. Tədbir zamanı rayonun ayrı-ayrı qurumlarının rəhbərləri, sahibkarlar çıxış edərək görülmüş işlər barədə məlumat verib, əldə olunmuş uğurlar və həllini gözləyən məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər. Tədbirin sonunda tədbir iştirakçıları, rayon ictimaiyyəti adından cənab Prezidentə müraciət qəbul olunub və orada Tovuz rayonu ictimaiyyətinin bundan sonra da dövlətimizin inkişafı istiqamətində dövlət başçısının siyasətini dəstəkləyərək ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün daha da fəal çalışacaqları qeyd olunub.

dsc_0086 dsc_0098 dsc_0145 dsc_0167 dsc_0096 dsc_0132

 

 

Advertisements

09.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: