Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərin qayğı və problemləri ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərin qayğı və problemləri ilə maraqlanıb

c3f37hpxgaafmxrMillət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib,  sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağınainandığını bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

c3f0ufhw8aqspyp c3f1awkwyaaw2dp c3f1qawxeaac3h_ c3f2rk8xgaapzpe c3f3abuwiaedgtz c3f3lwkwiaanr0e c3f4ubexeaazb63 c3f3tzpwyaauefb c3f4vb2weaarj9i c3f-gdixeaaipx5 c3f-nb-w8aafp7u c3fxig9wyaayoer c3f5dqiumaa5px1

 

Advertisements

06.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: