”Nur ol zülmeti boğ, nar ol zülmeti yak”

”Nur ol zülmeti boğ, nar ol zülmeti yak”

16423070_1076057365839635_4059836550238969174_oİstanbul’da qarlı-şaxtalı bir qış gününde Beşiktaşda Yahya Efendi dergahının olduğu tarixi məzarlığı ziyarət etdik. Kimi axtardığımızı sordular. Behbud Xan Cavanşir dedik və Yahya Efendi Türbesinin yaxınlığında yerləşən məzarı göstərdik. Dostlarla qəbirüstü təmizləyib, məzarı üstündə Azərbaycan və Türkiyə bayraqlarını qoyduq və ruhuna dualar oxuduq. Bizimlə birlikdə qəbirstanlığa gəlmiş bəzi dostlar, Türkiyədən olan jurnalist həmkarlarım daha yaxından tanımaq istəyirdilər. Anlatmağa başladıq. Keçənlərdən bəziləri də ayaq saxlayıb dinləməyə başladı. Burda Azərbaycanın və bütün Türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər Naziri olmuş Behbud Xan Cavanşir yatır dedik. “Qarabağ xanlarının nəslindən olan Behbud Xan Cavanşiri Cümhuriyyetimizin süqutundan sonra ermənilər daim təqib edib, qətlə yetiriblər amma ədalət qarşısında cavab verməyiblər, tarix qarşısında isə mütləq cavab verəcələr”- dedik. Ruhuna çoxlu dualar oxuduq. Nur içində yat, ruhun şad olsun Azərbaycan yenə də müstəqil bir ölkədir və sizin arzularınız gerçəkliyə çevrildi dedik. Sonra özümüz-özümüzə onsuz da xəbərin var ey böyük Azərbaycan Türkü dedik. Anadolu agentliyindən dostlara Behbud Xan Cavanşirlə bağlı geniş müsahibəmizin sonunda bu böyük şəxsiyyəti bütün Türk gəncliyi yaxşı tanımalı, öyrənməli, hər kəsə tanıtmalı, onun qətli və törədənləri nədən ədalət qarşısında cavab verməməsini yaxşı anlamalı və bütün dünyaya duyurmalıdır. Amma ilk önce ziyarət etməlidir. Çünki məzarı üstündə yazılan misralarla neçə illərdir yanından keçənlərə çağırış edir o böyük şəxsiyyət.

Karanlıktan suret aldı bir sırtlan
Onun pencesinde can verdi bir şir
Bir yığın kemiktir toprakta kalan
Cennete yükseldi Behbud Han Cevanşir

Yolçu gördüyün bir makber diyil
Zülme zebun olan hakkın heykeli
Geçme dur önünde hürmetle eğl
Lanetle an hakka saldıran eli

Asla uyumasın beyninde kinin
Mukaddes borcundur intikam almak
İstersin yaşasın milletin,dinin
Nur ol zülmeti boğ, nar ola zülmeti yak

Məzarı üstündə belə yazılır.”Nur ol zülmeti boğ, nar ol zülmeti yak”
Əlavə sözə ehtiyac qalmır.
İstanbulda Behbud Xan Cavanşirlə bərabər düz onun yanında uyuyan qardaşı Cümşüd Xan Cavanşirin də məzarını ziyaret etdik. İstanbul’a yolunuz düşse Azerbaycan ve Türk dünyası üçün böyük işler görmüş bu böyük şexsiyyetlerin mezarlarını ziyaret edib ruhlarına dualar oxumağı unutmayın. Nur içinde yatsınlar.
Behbud Xan Cavanşirlə bağlı məlumatı geniş olmayanlar üçün balaca bir bilgini də paylaşmaq istəyirəm. “1877-ci ildə anadan olan Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoyan Pənahəlixanın nəticəsidir. Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı idi. Behbud xanCavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxuyub. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir edib. Behbud xan alman, ingilis, fransız rus, gürcü dillərini mükəmməl bilib. 1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışıb. Doğma xalqının maariflənməsi uğrundamübarizə aparan Behbud xan Bakı Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyinə seçilir. Bundan başqa Behbud xan Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabınatəqaüd verib, anadilli mətbuata müəyyən yardımlar göstərib. Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi izlənirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxan “Zaqafqaziyada rus siyasətinə dair sənədlər”kitabından (onun digər adı “Qara kitab”dır) aydın olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil olub. O, “Nicat” cəmiyyətinin və “Rus texniki cəmiyyəti”nin Bakı şöbəsinin üzvü seçilib. Texniki cəmiyyətin elmi əsərlərində Behbud xan Cavanşirin xeyli məqaləsi çap olunub.

O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əməkhaqları məhz Behbud xanın köməkliyi ilə neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan polis əməkdaşlarınınfəaliyyətinə və qayğılarına yaxından bələd idi. Məhz onun Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin olunmasında bu məsələlərin də rolu az olmayıb. Belə ki, B. Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə yaratdığı 2-ci hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, millimaraqların qorunmasında mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədəqərar qəbul edir. Behbud xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür.Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə, Bakıda İçərişəhərdə polis müdavimlərihazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsiniyerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir.

1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfındən bu müqavilələri Behbud xanCavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər. Partiya mənsubiyyəti sarıdan bitərəf olanB.Cavanşir həmin ilin dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilinoktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti iləbirgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyivə vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xanatoxunmurlar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. Behbud xan Cavanşir yolüstüİstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhməd bəy Ağayevin qonağı olur. Görünür o, bolşevik əsarəti altındakı vətəni ilə həmişəlik vidalaşmaq qərarına gəlib. Çünki uzaqsəfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxır.

1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” hotelinin önündə “Daşnaksütyun” partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud xan Cavanşiriüç güllə ilə qətlə yetirib və həbs olunub. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilib. Prokuror qatil üçün ölümcəzası istəmişdi, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyib və qatil Torlokyan gecə ikən qaçırılıb. 1921-ci il iyulun 18-də Behbud xanınölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılırdı. Mişaq Torlakyan “Daşnaksütyun”partiyasının üzvü idi və Azərbaycanda “1918-ci il mart soyqırımı”nda xüsusi fəallıq göstərib.

Ölüm ayağında olarkən Behbud xanın son sözləri belə olur: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər”. (Samirə Quliyeva,”525-ci qəzet)

Advertisements

02.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: