Türkiyədə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

Türkiyədə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

16443580_10208330404962496_1622898910_nİstanbul Universitetində keçirilən tədbiri giriş sözü ilə açan İstanbul Türk Ocakları başkanı Cezmi Bayram bildirib ki,  şeirimizi yüksək zirvələrə qaldıran,  insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük  xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqı ilə bərabər bütün Türk dünyası tərəfindən sevgi və təqdirlə qarşılanıb. Tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayeva ustad Şəhriyarın yaradıcılığından geniş bəhs edərək bildirib ki bütün Türk gəncliyinin Şəhriyarı öyrənməsi, bilməsi lazımdır. Şəhriyarın böyük  bir şair olmaqla yanaşı böyük bir aydın olmasını da xüsusi vurğulayan millət vəkili Q.Paşayeva onun “Azərbaycan”, “Türkün dili”, “Heydərbabaya salam” əsərlərindəki böyük vətən, millət, dil sevgisini xüsusi vurğulayaraq Şəhriyardan gənc nəsillərimiz çox şeylər öyrənməlidir deyib. Rəhbərlik etdiyi təşkilatın ustad Şəhriyarla bağlı qardaş Türkiyənin bir sıra vilayətlərində də silsilə tədbirlərin təşkilinə dəstək verdiyini deyən millət vəkili Q.Paşayeva ustad Şəhriyarın oğlu Hadi Behcet Təbriziyə təşəkkürünü bildirib. Tədbirin təşkilatçılarından İstanbul Universitetinin ədəbiyyat fakultəsi dekanı Hayati  Develi, Türkiyə Kültür və Turizm nazirliyinin rəsmi nümayəndələrinin çıxışlarından sonra tədbir panellərlə davam edib. Çıxışçılar, Azərbaycan Yazçılıar Birliyinin Cənubi Azərbaycan bölümünün rəhbəri Sayman Aruz,  Yazgül Abdiyeva, dos. Rövşən Əlizadə, Prof. Dr. Muhammed Nur Doğan,  Dr. Yusuf Gedikli,  şair Ali Akbaş  və digərləri usdat Şəhriyarın yaradıcılığı ilə bağlı geniş mərizə ilə çıxış ediblər. Ustad Şəhriyarın yadigarı  Hadi  Behcet Təbrizi  çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək Şəhriyar  yaradıcılığında vətənpərvərlik, insanpərvərlik mövzusunda fikirlərini bölüşüb. XX əsrAzərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çox cəhətli yaradıcılığından danışan Hadi Behcet Təbrizi onun Azərbaycan və Türk ədəbiyyatındakı  rolu  barədə geniş fikirlərini bölüşüb. Çıxışçılar  Şəhriyarın bütün Türk dünyasının şairi olduğunu söyləyib. Onlar  ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və Türk dünyası oxucusunun dillər əzbər olduğunu bildiriblər. Çıxışlarda Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında M.H.Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin olmadığını bildiriblər. Qeyd edilib ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, hələ sağlığında bir çox dünya xalqların dillərinə tərcümə edilərək yayılıb. Vurğulanıb ki, Nizamidən, Füzulidən, Nəsimidən gələn böyük poeziya örnəkləri Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb. Tədbirdə  Təbrizdən və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş dəyərli sənətçilər  şairin şeirlərini oxuyub, onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.

16466812_10208330407762566_347138936_o 16466425_10208330404642488_1900889909_o 16443762_10208330405042498_191957405_o 16443404_10208330559286354_808446813_n 16442830_10208330405002497_878252637_o 16441273_10208330563326455_2141354455_n 16441310_10208330563366456_1426458232_n 16441349_10208330559846368_1524409540_n 16443701_10208330559526360_495668267_n 16444074_10208330564526485_1686799786_o 16443376_10208330563286454_1560149934_n 16442823_10208330404682489_422747710_o

 

Advertisements

01.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: