Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət etdi

Millət vəkili Q.Paşayeva  nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət etdi və işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu təklif etdi.  

6000Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxış edən millət vəkili Q.Paşayeva  nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib. Millət vəkili Q.Paşayeva Milli Məclisdə 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən ölkəmizə verilməməsi, bu məsələ ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti  ilə bağlı danışıb və Qızıl Xaç Komitəsi başda olmaqla beynəlxalq təşkilatlara və onların Azərbaycandakı ofislərinə çağırış səsləndirib.O deyib ki, işğalçı Ermənistanın qeyri- insani əməllərinə qarşı beynəlxalq təşkilatlar etiraz səslərini daha çox ucaltmalı və işğalçı ölkəyə beynəlxalq konvensiyalara da zidd olan bu qeyri-insani əməllərini durdurması üçün təzyiqlər etməlidirlər. Hər kiçik məsələdə öz münasibətlərini sərt şəkildə ortaya qoyan beynəlxalq təşkilatların Azərbaycandakı ofislərindən də bu məsələdə daha həssas münasibət gözləyir Çingiz Qurbanovun ailəsi və bütün azərbaycanlılar deyən millət vəkili Q.Paşayeva bir sıra millət vəkilləri həmkarları kimi şəhidimizin ailəsini ziyarət etdiyini, ailənin böyük acı çəkdiyini vurğulayaraq işğalçı Ermənistanın hər zaman olduğu kimi bu dəfə də qeyri-insani əməllərinə davam etməsinə beynəlxalq təşkilatları sərt münasibətə çağırıb. Millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunun vacibliyindən də danışıb:”Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər, biznes adamları, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər beynəlxalq hüquq normalarını pozurlar və Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün  birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Təbii ki, biz bu kimi addımları pisləməklə yanaşı, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar” – deyə Q.Paşayeva vurğulayıb. “Bu günə kimi bu məsələ ilə  Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər və eyni zamanda onlara qarşı ciddi tədbirlərin görülməsi üçün Azərbaycan tədbirlər görəcək. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da bütün beynəlxalq ictimaiyyətə mesajı vermiş olarıq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” – deyə millət vəkili əlavə edib.

 

Advertisements

01.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: