Millət vəkili Q.Paşayeva MM-də iş tapa bilməyən əlillərin problemlərini qaldırıb

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Məşğulluq haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi təklifi ilə də çıxış edib.

img2259963O bildirib ki, dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin olunması üçün ayrılan kvotanın artmasına böyük ehtiyac var.  Parlamentdə əlillərin işlə təminatındakı problemlərdən danışan Q.Paşayeva qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini də qaldırdı. Bu gün Parlamentin iclasında millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var və bu istiqamətdə qanunvericilik və icra orqanları səviyyəsində ciddi addımların atılmasına ciddi ehtiyac var. Ali təhsili olmayan əlillərlə bərabər nə qədər böyük çətinliklərlə ali təhsil alan əlillərin belə iş tapmaqda, işlə təmin olunmasında ciddi problemlər var və biz əlillərə daha çox dəstək göstərmək üçün bu istiqamətdə problemlərin sürətlə həllinə çalışmalıyıq deyən millət vəkili bildirib ki, əlillərin daha çox qayğı və diqqətə ehtiyacı var: “Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, Məşğulluq haqqında qanunun əlillərlə bağlı kvotalar müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanunu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına ciddi ehtiyac var. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslərin, əlillərin daha çox işlə təminatı üçün addımlar atılmalıdır. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməyə çağırıram.”

Advertisements

01.02.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: