İLESAM Ankarada Tük dünyası aydınlarının iştirakı ilə Q.Paşayevanın “Vatan kokusu” kitabının təqdimatını keçirdi

İLESAM Ankarada Tük dünyası aydınlarının iştirakı ilə Q.Paşayevanın “Vatan kokusu” kitabının təqdimatını keçirdi.

16300474_10154501180324032_707921673230109867_oTürkiyənin paytaxtı Ankarada Türkiyə elm adamları və yazarlar birliyi İLESAM millət vəkili “Vatan kokusu” kitabının təqdimat mərasimini keçirib. TÜRKSOY, İLESAM-ın rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının, Türk dövlət və toplimlarının təmsilçilərinin, Türk dünyası aydınları, QHT və KİV rəsmilərinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən İLESAM başkanı Mehmet Nuri Parmaksız  Q. Paşayevanın “Vatan kokusu” kitabı barədə danışaraq bildirib ki  millət vəkili ona kitabla bağlı danışdığı an həmin dəqiqə biz onu çap etməyi böyük məmuniyyətlə etmək istəyirik deyib və Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən danışıb. Kitabın geniş yayılacağını deyən Mehmet Nuri Parmaksız İLESAM-ın Türk dünyasının birliyinin  daha da genişlənməsinə, gənclərimizin tariximi daha yaxşı öyrənə bilməsinə xidmət edən bu cür kitab və layihələrə dəstək verəcəyini deyib.  İLESAMA, kitabın Türkiyə türkcəsində nəşrində əməyə keçən hər kəsə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa Türklərinin öz Vətənlərindən zorla sürgününü qələmə aldığı  “Vatan kokusu” kitabı barədə geniş məlumat verib və Türk dünyası aydınlarının iştirakı ilə təqdimatın keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə geniş məruzə ilə çıxış edən millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabın gənclərimiz arasında Axısxa Türklərini daha yaxşı tanımağa öz töhvəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva tədbirdə iştirak edən Axısxa Türkləri qardaş-bacılarımıza tədbirdə geniş iştirakları üçün təşəkkürünü bildirib və “inşallah gələn tədbirlərimizdə Axısxada, işğaldan azad edəcəyimiz Azərbaycan torpaqlarında görüşək”  deyib. Tədbirin sonunda “Vatan kokusu” kitabının imza mərasimi keçirilib. Millət vəkili Q.Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra Türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi də aparıb.   

Tədbirlə bağlı TRT Avazda yayımlanan süjetin linkini burdan izləyə bilərsiniz: https://youtu.be/Qq7aiMGz59o

16251872_10154501195909032_7518716916647922778_o 16195084_10154292778746188_7600123406856440055_n 16406934_10154292779066188_6747047982317082143_n 16265508_10154501198849032_5752446127189609020_n 16403211_10154501194124032_6590723326475461872_o 16265613_10154292778346188_7927313466291897581_n 16299585_10154501200024032_7215258211938753943_o 16403441_10154501196594032_4542530104348446881_o 16299671_10154501204744032_6697377818742064441_o 16179488_10154501208304032_8475294386762003921_o 16386855_10154501206224032_7287267624092172596_n 16403197_10154501206709032_4510083167002412581_o 16406869_10154292779076188_3944004726802052622_n 16403299_10154501194184032_1727296663757439527_o

Advertisements

30.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: