ALLI-GÜLLÜ LEYLA…

ALLI-GÜLLÜ LEYLA…
(“Qənirə Paşayeva ilə addım-addım Elazığ)
6-cı yazı
img_0087Elazığın «çit baskıçılığı» məhsullarına göz yetirə-yetirə bu qədim el mahnısını gümüldənirəm iç dünyamda. Pambıq parça üzərində salınan naxışlar nənəli dünyama qaytarır məni. Hər naxış ruh birliyimizin bir yeni ilməsi, bağı kimidi. Kars və İsparta çevrələri boyunca da eynən Elazıqda olduğu kimi «çit» sözü işlənər bizdəki kimi. 200 illik tarixi var Elazıqda bu sənətin. Elə gözəl və incə yaylıqlardı ki… Elazıq bələdiyyə yetkililərinin hədiyyə etdiyi gözəl yaylığı elə oradaca başıma örtüb onlara təşəkkür, nənələrimizin ruhuna dua oxuyuram. Tarixən hər bir Türk elinin özünəməxsus, xüsusi qonaqqarşılama adəti olub. Bu sırada Elazığın öz seçimi var; ən əziz qonağa papaq (şapka) hədiyyə edirlər – qeyrət, mərdlik simvolu olan papaq… “Elazıq papağı (şapkası)” adıyla məşhurdur. Hədiyyə edilən Elazıq papağının mənə çox yaraşdığını dedilər.
Burada xalçaçılığın qədim tarixi var. Xana arxasında, kirgit əlində əyləşən analar nənəmə bənzər, ilmələr eləcə vurular yenə, çeşnilər, naxışlar sıx-sıx salınar. Elazıqda 1962-ci ildən bəri xalçaçılıq məktəbləri fəaliyyətdədi. Səlcuklular dönəmi motivləri heç unudulmayıb. Meşəli, Goran (bu coğrafi ad eynən bizdə də işlənir: Goran, Goranboy ərazi adları var) Şəfək, Halköyü, Dişidi xalıları adnan deyilir.

ELAZIĞIN BAZAR BAŞI

Çeşidli qab-qacaq muzeyi kimi açılır önündə Elazıq bazarları. Misdən tökülübdü bu əl işləri. Ya gildən yapılan bardaqlar nə çox… Yan-yana düzülüb su bardaqları. İynə oymasıyla naxışlanıbdı bu tül pərdələrin bəti-bənizi. Bu gəbə, bu kilim gül açıb yenə. Xəyallanıram: «O gülün birin üzəydim, saçlarıma düzəydim…» Əlindəki çuvaldız, çəkic, mismarı tikdiyi çəkmənin boyuna ölçən çəkməçi qardaşım, işlər necədi? Ay ağac oyması üstə tər tökən naxışçı qardaşım, bazarın varmı? Satdığın təsbehlə nə niyyət tutum, təsbehçi qardaşım, əlinə sağlıq! Budu, gəlib çıxdıq şənlik üstünə… “Halay”la başlanıb… Sonra «Çayda çıra» oynanacaq, eyy… Bir adı «Mumlu mani»di… Öndə şam qoyulmuş tabaqlar durur. Elə ki, püfləndi qara zurnalar, hər əldə bir şamın şöləsi gedər.
İsti təndirlərin çörəyi xoşdu… Halallıq tökülür ana əlindən.
150 çeşidlik yemək növüylə dosta qapı açır süfrələr burda. Könlün nə istəyir, dilə, hazırdı; Qabırğa dolması istə, – «baş üstə», Harput küftəsinə qonaq ol, balam. Bu, qatıqlı qovurma, bu, ayranlı şorba, Harput küftəsi… İçli küftəninsə yeri ayrıdı. Kəs Taş əkməyindən, dolanger gör necə zərif bükülüb. Pendirli əkməyin ləzzəti ayrı… Uluslararası Xəzər şeir axşamlarının tarixindən söz açırıq. «Çayda çıra» film festivalının ənənələrindən danışırıq. Xəzər gölü Su idman yarışları, Bal festivalı, sənət şənlikləri haqqında olan söhbətlərimiz uzanıb gedir… Səfər çərçivəsində Fırat Televiziyasının canlı yayımında qonaq olduq, yerli mətbuata müsahibə verib, Azərbaycan, Dağlıq Qarabağ, Xocalı həqiqətləri barədə də geniş müzakirələr apardıq. Görüş və müzakirələr başa çatdıqdan sonra geri dönməyin zamanı yetişdi…

img_0113 img_0141 img_0139 img_0096

Advertisements

21.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: