Millət vəkili Q.Paşayeva Tovuzda istedadlı idmançı gənclərlə görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb

Millət vəkili Q.Paşayeva Tovuzda istedadlı idmançı gənclərlə görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb.

15822598_1047838961994809_6846397062336057194_nMillət vəkili Q.Paşayeva Tovuzda məktəblərdə istedadlı ismançı gənclərlə görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Rayonun gənc futbolçu qızları ilə görüşən millət vəkili Q.Paşayeva Tovuzun qadın futbolunda öndə olmasından məmun olduğunu amma bunun üçün daha da böyük potensial olduğunu bildirib. Qızları uğurlarına və cəsarətlərinə görə təbrik edən millət vəkili Q.Paşayeva Tovuzdan qadınlardan ibarət Azərbaycan Milli Komanadası üçün bundan sonra da yaxşı futbolçu qızlarımızın yetişəcəyinə inandığını deyib və onlara uğurlar diləyib. Onlara idman formaları hədiyyə edən millət vəkili Q.Paşayevaya qızlar daha da böyük uğurlar qazanacaqlarına söz veriblər. Sonra millət vəkili Q.Paşayeva rayonun Düz Qızıqlı kəndində futbol, həndbol, basketbol və bir sıra digər idman növü ilə məşğul olan gənclərlə görüşüb. Millət vəkili Q.Paşayeva onların rayon səviyyəsində və respublika səviyyəsində artan uğurlarına sevindiyini vurğulayaraq qələbələrin daha da artacağına inandığını deyib. Gənclərə idman formaları hədiyyə edərək, bayramlarını təbrik edən millət vəkili Q.Paşayevaya idmançı gənclər, müəllim və məşqçilər 2017-ci ildə daha böyük uğurlara imza atacaqlarını söyləyiblər.  Millət vəkili Q.Paşayeva idmançı gənclərin məşqlərini də izləyib. O, həmçinin Düz Qırıqlı kənd orta məktəbinin direktoru X.Xasıyeva və müəlimlərlə də görüşüb, onların bayramlarını təbrik edib və 2017-ci ildə daha da böyük uğurlar diləyib. Məktəbin cənab Prezident İlham Əliyevin göstərişi altında ən yüksək səviyyədə təmir edildiyini və yüksək səviyyədə dərslərin, idman yarışlarının keçirilməsi üçün bütün şəraitin yaradıldığını deyən millət vəkili Q. Paşayeva cənab Prezidentə bir daha təşəkkür edirik və inanırıq ki müəllim və şagirdlərimiz bu şəraitdən yararlanaraq daha da böyük nailiyyətlər qazanacaqlar deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda rayonun müxtəlif kəndlərindən olan bir çox istedadlı idmançı uşaqlarla da görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Bütün görüşlər zamanı ölkəmizə və millətimizə həm fiziki həm də mənəvi sağlam gənclik lazımdır deyən millət vəkili Q.Paşayeva gəncləri öz üzərlərində çalışaraq beynəlxalq miqyaslı yarışlarda daha çox iştirak etmə haqqı qazanmağa çağırıb və bunu bacaracaqlarına inandığını deyib.

15781167_1047903921988313_8460679171569515884_n 15781375_1047845611994144_5890891879251094862_n 15781479_1047903488655023_5379541928507370012_n 15781375_1047845611994144_5890891879251094862_n 15825730_1047845601994145_7466705132038703879_n 15894349_1047903928654979_5015154046017347271_n 15894819_1047903608655011_4479267345990486068_n 15894361_1047903721988333_5341315533996974670_n

Advertisements

05.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: