Millət vəkili Q.Paşayeva Makedoniyanın Türk kökənli millət vəkillərini Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında səylərini daha da artırmağa çağırıb

Millət vəkili Q.Paşayeva Makedoniyanın Türk kökənli millət vəkillərini Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında səylərini daha da artırmağa çağırıb.

img_0373Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahimlə görüşüb. Şair-yazar, Atatürk Mərkəzinin şöbə müdiri  Əkbər Qoşalı, Türk dünyasının tanınmış aydınları Şəmşəddin Kuzəçi, Güllü Qərənfilin də iştirak etdiyi  görüşdə Enes İbrahimi yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva “Azərbaycana böyük məhəbbətlə yanaşan dəyərli bir Türk ziyalısının Makedoniya parlamentində təmsil olunmasından çox şadıq və sizin Azərbaycan-Makedoniya münasibətlərinin inkişafı istiqamətində böyük işlər görəcəyinizə inanırıq” deyib. Görüş və fikir mübadiləsi zamanı millət vəkili Q. Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Q.Paşayeva Enes İbrahimin Xocalı Soyqırımı faciəsinin 25 illiyi ərəfəsində onun tanınmasınin vacibliyi məsələsini Makedoniya Parlamentində qaldıracağına və Qarabağ problemini davamlı olaraq gündəmdə saxlayacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində, Qarabağ problemi, Xocalı soyqırımı mövzularının Makedoniya parlamentində davamlı olaraq gündəmə gətirilməsi iatiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. Enes İbrahim  həmçinin Azərbaycanın da Makedoniya  dövləti ilə yanaşı burada yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Görüşün sonunda Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahimə Azərbaycan həqiqətləri ilə bağlı materialları təqdim edib. 

img_0375 img_0367 img_0371

 

Advertisements

05.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: