Millət vəkili Q.Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ön cəbhədə xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib

Millət vəkili Q.Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ön cəbhədə xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib.

 

15740868_1046145128830859_762649211254453939_nMillət vəkili Qənirə Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib. Əvvəlcə müdafiə naziri adından əsgər və hərbiçilərə təbrik məktubu oxunub. Korpus komandanlığı rəsmiləri və hərbi hissənin rəhbərliyi çıxış edərək əsgər və hərbiçilərimizi təbrik ediblər və bildiriblər ki bütün əsgər və hərbiçilər Ali Baş Komandanın rəhbərliyi altında ancaq torpaqlarımızın işğaldan azad edilməsini düşünür və Aprel hadisələri bir daha odumuzun artan gücünü hər kəsə göstərdi.  Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah, gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra xidmətdə fərqlənən əsgər və hərbiçilərə müdafiə nazirliyi adından mükafatlar təqdim edildi. Millət vəkili  Q.Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.  Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra  tədbir konsert proqramı ilə davam edib. 

15740768_1046859872092718_7813965322185609934_n 15741156_1046835812095124_6603410121710768375_n 15781347_1046358585476180_5411977163225845024_n-1 15822585_1046850385427000_1381112153245534731_n 15822627_1046849992093706_5444838996911456485_n 15823363_1046835872095118_1113426907144149373_n-1 15825741_1046850042093701_8923889851345618262_n 15826646_1046859902092715_1374665600750439025_n 15781754_1046151522163553_3503270406046816842_n

Advertisements

05.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: