Millət vəkili Q.Paşayeva Makedoniyada tarixi Tefeyyüz məktəbinin rəhbərliyi ilə görüşüb.

Millət vəkili Q.Paşayeva Makedoniyada tarixi Tefeyyüz məktəbinin rəhbərliyi ilə görüşüb.

img_0198Makedoniyada səfərdə olan millət vəkili Q. Paşayeva və Atatükr Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Türk dünyasının tanınmış aydınları Şəmşəddin Kuzəçi, Güllü Qərənfil Makedoniyada Türk dilində təhsil verən ilk məktəbi, 1880 ci ildən fəaliyyət göstərən Tefeyyüz məktəbinin rəhbərliyi, müəllim və şagirdləri ilə görüşüb. Q.Paşayeva məktəb rəhbərliyi və müəllimlərlə görüşdə Azərbaycanda vəziyyət, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafı ilə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də danışıb: “Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirməyib”. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində aydınların öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Azərbaycanı sevdiklərini bildirən Makedoniya təhsil xadimləri, məktəbin rəhbərliyi və müəllimlər Azərbaycana səfər etməyi çox arzuladıqlarını söyləyiblər. Onlar Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün çalışacaqlarını deyiblər və buna böyük potensial olduğunu bildiriblər. Görüş zamanı Makedoniyada yaşayan türklərlə bağlı da geniş fikir mübadiləsi aparılıb və Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacibliyi də vurğulanıb. Sonra tarixi Tefeyyüz məktəbinin şagirdləri ilə görüş, söhbətlər aparılıb və məktəbə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edilib. 

Advertisements

23.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: