Millət vəkili Q.Paşayeva Malayziyanın Azərbaycandakı səfiri ilə görüşdə Qarabağ həqiqətlərinin yayılmasından danışıb.

Millət vəkili Q.Paşayeva Malayziyanın Azərbaycandakı səfiri ilə görüşdə Qarabağ həqiqətlərinin yayılmasından danışıb.

15589514_1034871809958191_8000164076100607657_nMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman ilə görüşüb. “Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm veririk” – deyən Malayziya səfiri Dato Roslan Tan Sri Abdul Rahman deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək. Səfir Azərbaycan bizim üçün dost,qardaş ölkədir və əməkdaşlığımızı da bu səviyyəyə artırmaq istəyirik deyib. Azərbaycanı, Azərbaycan xalqının mədəniyyətini çox sevdiyini deyən səfir ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə də böyük önəm verdiklərini deyib. Malayziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Qarabağ həqiqətlərinin Malayziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına inandığını deyən millət vəkili Q.Paşayeva Malayziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq deyib. Görüş zamanı bir sıra layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb və millət vəkili Q. Paşayeva Malayziya səfirini millət vəkili seçildiyi Tovuz rayonuna dəvət edərək iki dost ölkə olaraq bölgələrimiz arasında da əməkdaşlığın inkişafı çox önəmlidir deyib və bu ziyarətin bu istiqamətdə əhəmiyyətli olacağına inandığını deyib.

Advertisements

19.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: