Millət vəkili Q.Paşayeva MM-də əmək müqaviləsi olmadan çalışan işçiilərin pozulan hüquqlarından danışıb

Millət vəkili Q.Paşayeva MM-də əmək müqaviləsi olmadan çalışan işçiilərin pozulan hüquqlarından danışıb və qurumları ciddi addımlar atmağa çağırıb.

img2259963“Ölkədə 570 min əlilliyi olan insan var və ölkə əhalisinin 5.96 faizini təşkil edir. Rəsmi məlumatlara görə əlillərin yalnız 5 faizi işləyir. Məsələn 40 mindən yuxarı gözdən əlil insanın 2 faizi işlə təmin olunub. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib amma demək olan bütün qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də Səlim müəllimə müraciət edərək soruşmaq istəyirəm ki Məşğulluq haqqında qanunda əlillər üçün nəzərdə tutan kvotalara müəsisələrin əməl etməsi istiqmətində 2017-ci ildə hansı işləri görməyi, mexanizmləri nəzərdən keçirirlər. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hər kəs bu istiqamətdə qanunları yerinə yetirməlidir. Digər bir məsələ burada yaşa görə müavinətlərin azlığı ilə bağlı fikirlərimi bildirdim. Təbii hamımız istəyirik ki sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneler, qanunsuz yoxlamaların əlehinəyik amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əlehinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan insanların sayı daha da artır. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalıdır. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan işləməyə məcbur olurlar. Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirlərini sərtləşdirməlidir, çünki bu şərtlərlə işləyəməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq. Eyni zamanda bu kimi hallar DSMF-na və dövlət büdcəsinə vəsaitin gizlədilməsinə səbəb olur ki, bu cür hallara tamamilə son qoymaqla DSMF-na daxil olmaları və dövlət büdcəsinə gəlirləri artırmaq olar. Digər bir məsələ isə əmək müqaviləsi olmadan çalışan hər hansı bir işçini iş sahibləri bir çox hallarda istədiyi zaman işdən çıxarır, heç bir qanunvericilik tələblərinə əməl etmir və bu da həmin insanların ailəsi üçün ciddi problemlər yaradır. Bu istiqamətdə qanunun yerinə yetiriməsi üçün Əmək Müfəttişliyi var və onlar bu sahədə problemlərin azalması üçün ciddi mexanizmlər işləməlidirlər və buna böyük ehtiyac var. Ümid edirəm ki 2017-ci ildə bu məsələlərlə bağlı işlər daha da surətlənəcək”.

Advertisements

09.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: