Millət vəkili Q. Paşayeva Milli Məclidə Azərcell, Bakcell və bir sıra digər şirkətlərə əlillərin işlə təminatı ilə bağlı çağırış səsləndirib

Millət vəkili Q. Paşayeva Milli Məclidə Azərcell, Bakcell və bir sıra digər şirkətlərə əlillərin işlə təminatı ilə bağlı çağırış səsləndirib.

Qənirə PaşayevaMillət vəkili Q. Paşayeva 2017-cü ilin dövlət və icmal büdcəsi layihəsinin bu gün hökumət üzvlərinin iştrakı ilə Milli Məclisdə müzakirəsi zamanı fiziki imkanları məhdud şəxslərin, əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva əlillərin işlə təminatındakı problemlərdən danışıb və bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlər var:”Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar. Çox təssüf ki bizdə Heydər Əliyev Fondundan başqa sosial məsuliyyət prizmasından fəaliyyətlərini quran qeyri-dövlət və özəl qurumlar demək olar ki yox dərəcəsindədir. Əslində mobil rabitə ilə bağlı şirkətlərdə Azərsell, Baksell və bir çox digər şirkətlərdə görmə qabiliyyətini itirmiş şəxslərin, əlil arabasında olan fiziki imkanları məhdud şəxslərin işləməsi üçün geniş imkanlar var. Sağlam insanlar hər yerdə işləyə bilər amma əlil insanların işləyə bilməsi üçün müvafq işlər var və yaxşı olar ki həmin yerlərdə məhz onlar işlə təmin olunması artsın. Lazım olarsa nazirliyin dəstəyi ilə həmin işlərin öyrənilməsi istiqamətində kurslar da təşkil edilə bilər. Mən Əmək və Əhalinin Sosail Müdafəsi naziri Səlim Müslümovdan xahiş edirəm ki nazirlik bu təşəbbüsü həyata keçirsin və bu cür şirkətləri dəvət etsinlər və birlikdə əlil insanların daha çok işlə təmin olunaması üçün nələr edə bilərik deyə geniş müzakirələr açılsın. Bu cür insanların işlə təmin olunması ilk növbədə lazımdır. Bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var”.

Advertisements

07.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: