Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə çağırıb

Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə çağırıb

146416273294233478_1000x669Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə çağırıb və bu istiqamətdə əlillərin xahişini hökumət üzvlərini diqqətinə çatdırıb və qısa zamanda bu məsələyə baxılmasına çağırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı əhalinin kasıb təbəqəsinə verilən ünvanlı sosial yardım zamanı ailəsində əlil olan insanların dövlət tərəfindən aldığı müavinətin ailənin qazancları içərisində hesablanmamasını hökumətdən xahiş edib. O deyib: “Bu çox önəmli məsələdir ki, dövlətimiz yoxsul, kasıb ailələrə dəstək göstərmək üçün onlara ünvanlı sosial yardım verir. Çox təəssüf ki, əlillərin aldığı əlillik müavinətləri ailənin qazancına daxil edilir, bu da bir sıra kasıb ailələrin ünvanlı sosial yardım əldə edə bilməməsinə yol açır. Nəzərə almalıyıq ki, dövlətimiz əlillərə müavinəti onların dərman və müəyyən ehtiyaclarını ödəməsi üçün verir və həmin vəsait əlillərin özlərinin ehtiyaclarını ödəməyə ancaq yetir. Ona görə də onların əlillik müavinətlərinin ünvanlı sosial yardımın verilməsi üçün ailə qazanclarının üzərinə hesablanmasını ləğv etmək vacibdir. Özəlliklə ilk öncə I qrup əlillər üçün, belə ki onların problemləri daha çoxdur. İlk olaraq I qrup əlillərin ailələrindən başlayaraq bu addımı atmamız çox önəmlidir. Hesab edirəm ki, bu ölkənin yürütdüyü sosial siyasətə də uyğun olaraq humanist bir addım olardı. Bu səbəbdən hökumət üzvlərini və aidiyyəti qurumları ünvanlı sosial yardıma ehtiyacı olan və ailələrində əlil olan insanlar üçün əlillərin aldığı müavinətin ailə qazancları içərisinə daxil edilməməsi məsələsini həll etməyə çağırıram.”

Advertisements

07.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: