Tovuzda uşaqlar arasında artan skalioz və kifozla mübarizəyə dair tədbirlər keçirilib

Tovuz rayonunda uşaqlar arasında artan skalioz və kifozla mübarizəyə dair tədbirlər keçirilib

????????????????????????????????????

Tovuz rayonunda “Sağlamlığın Qorunması” İB-nin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə uşaqlar arasında artan skalioz və kifozla mübarizəyə dair tədbirlər keçirilib. Tovuz şəhərində həkimlərin və tibb işçilərinin iştirakı ilə keçirilən toplantılarda çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, uşaqlar arasında skalioz və kifozların sürətlə artması hamını ciddi narahat edir və zamanında bu hal aşkarlanıb tədbirlər görülməzsə, bundan əziyyət çəkən hər bir uşağın gələcəyi çox ağır xəstəliklərlə keçəcək. Bu, millətimizin sağlam gələcəyi üçün çox vacib məsələdir deyən millət vəkili Q.Paşayeva bütün həkimləri, müəllimləri, ailələri, ziyalıları bu məsələyə böyük diqqət ayırmağa çağırıb. O, bildirib ki, ölkəmizdə bu sahədə yaxşı mütəxəsislərlə geniş müzakirələr aparıb, onlardan rayonda müəllimlər, həkimlər, ziyalılar, ailələrlə bu cür geniş görüşlərin keçirilməsi, təlim və tövsiyyələrin çatdırılmasını xahiş edib və bu gün böyük bir heyət bunun üçün rayona gəlib. Vertebra mərkəzinə, onun rəhbəri İradə Hacıyevaya təklifi dəstəkləyərək Tovuza gəldiyi üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bildirib ki, rayon müəllimləri, həkimləri, ziyalıları ilə geniş müzakirələrdən sonra yaxın günlərdə İradə xanımın rəhbərlik etdiyi heyət yenidən Tovuza gələcək və skalioz və kifozdan, onurğa problemlərindən əziyyət çəkən uşaqları pulsuz müayinə edəcək və onlara müalicələr yazılacaq və ailələrə bundan sonra həmin uşağın həyatı tərzi necə olmalıdır məsləhətləri veriləcək. Millət vəkili Q.Paşayeva və Vertebra mərkəzinin rəhbəri İradə Hacıyeva çıxışlarında bildiriblər ki, bir sıra inkişaf etmiş Avropa ölkələrində məhz profliaktik tədbirləri gücləndirməklə bu problemi tamamilə yox səviyyəsinə endirməyə nail olunub və bu məsələdə ailələrin, həkimlərin və müəllimlərin üzərinə böyük vəzifələr düşür. Tədbir iştirakçılarına skalioz, kifoz və digər onurğa əyrilikləri ilə bağlı geniş məlumatları özündə əks etdirən materiallar da təqdim edilib və onların kəndlərdə ailələr arasında geniş yayılmasına çağırış edilib.

dsc_0200 dsc_0241 dsc_0248 dsc_0250 dsc_0219

Advertisements

05.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: