Millət vəkili Q.Paşayeva Beynəlxalq Əlillər Günündə internat məktəbində uşaqlarla görüşüb.

Millət vəkili Q.Paşayeva Beynəlxalq Əlillər Günündə internat məktəbində uşaqlarla görüşüb.

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Əlillər Günündə Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər və fiziki imkanları məhdud uşaqlarla görüşüb. Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub və uşaqlarla görüş və söhbətə, onların hər birinə kitab və hədiyyələr təqdim etdiyinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlətimizin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Q.Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir insanın mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və onların hər birinə idman forması və ləvazimatlarını hədiyyə edib, kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb. Görüşün sonunda Q.Paşayeva müəllimlərə də müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva təşəbbüsü ilə doktor İradə Hacıyevanın rəhbərlik etdiyi “Vertebra” mərkəzinin tibb heyəti Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir uşağı müayinə edib, uşaqlar arasında skalioz və kifozların artmaması üçün müəllim və tərbiyəçi heyətinə tövsiyyələrini veriblər, eyni zamanda uşaqlara da məsləhətlərini veriblər.

????????????????????????????????????

dsc_0333

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

Advertisements

03.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: