Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bəzi problemlərdən danışıb

Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bəzi problemlərdən danışıb, təkliflərlə çıxış edib

10704082_595810627197647_4397033854200495365_nBu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, “2017-ci il üçün yaşayış minimumu haqqında” və  “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bir sıra problemlərdən danışıb, təkliflərlə çıxış edib. Millət vəkili Qənirə Paşayeva ilk öncə ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb  və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: “Bu gün bu əməliyyat üçün insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində  əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir?Həm qanununvericilik bəzi qanunlara əlavələr etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq.”

Advertisements

01.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: