Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində əlillərin təhsili sahəsində üzləşdiyi bəzi problemləri qaldırıb

Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində əlillərin təhsili sahəsində üzləşdiyi bəzi problemləri qaldırıb

10704082_595810627197647_4397033854200495365_nBu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, “2017-ci il üçün yaşayış minimumu haqqında” və  “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva  1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir müddət əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirdilər və çox ağır vəziyyətdə qalmışdılar. Onlara kömək üçün bir neçə qurumlara xahiş müraciət etdik.  Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.”

Advertisements

01.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: