Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri qaldırıb

Millət vəkili Q.Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri qaldırıb.

13138792_1620036201651210_3809775172663518960_nBu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, “2017-ci il üçün yaşayış minimumu haqqında” və “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva əlillərin işlə təminatındakı problemlərdən danışıb və bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlər var. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar. Bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var. Biz əlillərin işlə təminatı məsələsinə xüsusi diqqət ayırmalıyıq. Bir neçə gün əvvəl görmə imkanları məhdud şəxslərin işlə təminatı məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Təhsil naziri Mikayıl Cabbarovla geniş müzakirələr etdiyini deyən millət vəkili Q. Paşayeva Milli Məclisdə görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki, onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva Millii Məclisdəki çıxışında Təhsil naziri Mikayıl Cabbarova bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də deyib:”Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, Təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq”.

Advertisements

01.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: