Millət vəkili Q.Paşayeva anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib

Millət vəkili Q.Paşayeva anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib.
Qənirə PaşayevaBu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, “2017-ci il üçün yaşayış minimumu haqqında” və “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bir sıra problemlərdən danışıb, təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayeva həmçinin anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib. Bir çox ailələrin bu məsələdə övladlarına kömək edilməsi xahişi ilə müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva əməliyyatın baha olması səbəbindən ailələrin çoxunun buna imkanı çatmadığını və dövlətdən dəstək istədiklərini bildirib. Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və bildirmək istəyirəm ki, biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq deyib. Eşitmə qabiliyyəti olmayan uşaqlar sonra danışa da bilmirlər, ona görə də bu əməliyyatı kiçik yaşlarda həyata keçirmək lazımdır ki, tam müsbət nəticə alına bilsin, uşaqlar eşidib-danışa bilsinlər deyən millət vəkili Q. Paşayeva bildirib ki, dövlət zamanında dəstək göstərməklə, bu insanları əlilə çevrilməkdən xilas edə bilər. Əgər zamanında yardım edilməzsə, o insanlar əlilə çevrilir və hər ay dövlətdən əlilliyə görə pensiya alır deyən millət vəkili Q. Paşayeva bildirib ki, onlara gələcəkdə əlillik üçün ayrılacaq vəsaiti kiçik yaşlarda əməliyyat üçün ayrılarsa, həm insanımızı xilas edə bilərik, həm də dövlətin üzərinə gələcəkdə bu istiqamətdə düşəcək problemləri tamamilə azaltmış olarıq:”Bu istiqamətdə ailələrə dəstək üçün ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük iş görür. Ölkəmizdə bunu həyata keçirəcək mütəxəssislər də var və dövlət tərəfindən bu əməliyyatların sayının artırılması üçün vəsait ayrılarsa, hər il ən azı 15-20 aztəminatlı ailəyə bu əməliyyatın dövlət hesabına həyata keçirilməsi onların övladlarının xilası olardı və buna böyük ehtiyac var. İnanırıq ki, bu məsələdə məhz bu cür ailələrin övladlarına dəstək istiqamətində dəstək daha da artacaq”
 
Advertisements

01.12.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: