Millət vəkili Q.Paşayeva MM-in bugünki iclasında  işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib

Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərimizlə bağlı qanunun qəbul olunmasının vacibliyini də vurğulayıb.

10704082_595810627197647_4397033854200495365_nSon günlərdə yenə də Fransa Parlamentinin 2 deputatının Ermənistanln işğalı altında olan Xankəndi bölgəmizə Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərək ciayətkar rejimin rəhbəri Bako Saakyanla görüşüb, açıqlamalar verdiyini deyən millət vəkili Q.Paşayeva biz bunu qətiyyətlə pisləyirik deyib. Millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında deyib ki, “son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. “Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” – deyə millət vəkili əlavə edib.

 

Advertisements

29.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: