Millət vəkili Q.Paşayeva MM-də orqan transplantasiyası ilə bağlı vacib təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də orqan transplantasiyası ilə bağlı vacib təkliflərlə çıxış edib

sempozyum 1Millət vəkili Qənirə Paşayeva eyni zamanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikası qanunu”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələr zamanı çıxış edib və bir sıra təkliflər səsləndirib. Millət vəkili insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən bəzi müddəlarını qısa zamanda icraya çağırıb. Bir neçə il əvvəl Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər deyən millət vəkili Q.Paşayeva bildirib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. “ Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.” Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanimz və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına,  ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.

Advertisements

29.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: