Millət vəkili Q.Paşayeva MM-də ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə bağlı vacib təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə bağlı vacib təkliflərlə çıxış edib.

13138792_1620036201651210_3809775172663518960_nMilli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin MM-in müzakirəsinə çıxarılmasını təklif edib. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə:” Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən  qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”. Dünyanın əksər ölkələrində bununla bağlı qanunun olduğunu deyən millət vəkili Q.Paşayeva “İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsinin sosial siyasət komitəsində hazır olduğunu deyərək yaxın zamanlarda onun Milli Məclisin müzakirəsinə çıxarmağı təklif edib.  Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssislərin fikirlərini səsləndirən millət vəkili Q.Paşayeva  insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı deyib. Millət vəkili Q. Paşayeva bu istiqamətdə həmkarları Fazil Mustafa və Gövhər Baxşəliyevanın təkliflərini dəstəkləməklə yanaşı, məsələnin öz həllini tapmasında Milli Məclisdəki kişi həmkarlarımızdan daha çox dəstək gözləyirik deyib.”Fazil bəy dedi ki, qadın millət vəkillərinin bu məsələdə fəallığı çox vacibdir. Biz qadın millət vəkilləri olaraq bu məsələni dəstəkləyirik. Amma Milli Məclisimizdə çoxluq kişi həmkarlarımızdır və onlar bu qanunun qəbul edilməsində böyük dəstək verə bilərlər və biz həmkarlarımızdan bunu gözləyrik. Millət vəkili Qənirə Paşayeva bildirib ki, eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, çox təəssüf ki, qanunun bu maddəsi yerinə yetirilmir və hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Ona görə hesab edirəm ki, 18 yaşına çatmayan uşaqlara siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın  icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət gücləndirilməlidir” – deyə, Q.Paşayeva vurğulayıb. Millət vəkili sonda sözlərinə əlavə edib ki, gələcəyimizin sağlam böyüməsi üçün bu qanunun icrası və ciddi maarifləndirmə tədbirlərinin aparılması həddindən artıq  vacib məsələdir.

Advertisements

29.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: