Millət vəkili Qənirə Paşayeva xarici ölkələrdən gəlmiş gənc alimlərə Qarabağ problemindən və Xocalı Soyqırımından danışıb

Millət vəkili Qənirə Paşayeva xarici ölkələrdən gəlmiş gənc alimlərə Qarabağ problemindən və Xocalı Soyqırımından danışıb

15250782_1154095147977108_705395435462789776_oMillət vəkili Qənirə Paşayeva Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransda iştirak etmiş 12 xarici ölkədən gəlmiş gənc alimlərlə görüşüb. Görüşdə iştirak etmiş Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov gənc alimlərin ölkəmizə gəlmə məqsədindən danışıb və gənc alimlərin iştirak etdiyi “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.  Gənc alimləri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə bu ilin mulkulturalizm ili elan olunduğunu diqqətə çatdıran millət vəkili Q.Paşayeva bildirib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə “dünya bizim evimizdir” prinsipini rəhbər tutub, Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar və bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur. Q.Paşayeva Ermənistanın işğal etdiyi  Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi, Xocalı Soyqırımı barədə geniş məlumat verib və xarici ölkələrdən gəlmiş gənc alimlərə,  fəallara,aydınlara səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb və bu istiqamətdə gənc alimlərin suallarını cavablandırıb. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur deyən millət vəkili Qənirə Paşayeva harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik söyləyib. Millət vəkili Q.Paşayeva gənc alimləri fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ problemi  və Xocalı Soyqırımı mövzusuna da daha geniş yer verməyə çağırıb.

15271864_1154094927977130_205848976074763830_o 15259749_1154098077976815_2826730145550949135_o

Advertisements

28.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: