Tarixi Ihlarada Qarabağ parkı açılacaq

Tarixi Ihlarada  Qarabağ parkı açılacaq.

15102332_10154841240672871_778657637_oMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  sədri   Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva  Ihlara bələdiyyə başqanı İsmail Yılmaz ilə görüşüblər.  Millət vəkili Q.Paşayevanın qədim Ihlaranın mərkəzində  Qarabağ Parkının salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq parkın salınacağını bildirib. Bələdiyyə başqanı parkın açılışında Azərbaycandan qardaş-bacılarımızı və sizi gözləyirik söyləyib. Tibb Elmləri üzrə fəlsəfə doktoru yazgül Abdiyevanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Ihlara bələdiyyə başqanı İsmail Yılmaz ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tariximizin, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Ihlara bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva son zamanlar qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmana da çox önəmli məsaj oldu deyib. Ihlara bələdiyyə başqanı İsmail Yılmaz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.  Ihlara  bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində  qədim Ihlaranın da yer alacağını bildirib: “Azərbaycan insanına  qədim Ihlaranı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Ihlara bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və Yazgül Abdiyeva bələdiyyə başqanını  Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Ihlara bələdiyyə başqanı İsmail Yılmaz Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşdən sonra bələdiyyə başqanı millət vəkili Q.Paşayevanı və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanı  Ihlara da salınmağa başlayan yeni parkla tanış edib.  Millət vəkili Q.Paşayevanın təklifi ilə parka Qarabağ adı verilməsi qəbul olunub.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

15153135_10154841240632871_87885248_o

Advertisements

22.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: